Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 34,335 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
Paraqraf.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Təkcə fevralda Türkiyə Azərbaycana 18,122 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,6 % çoxdur.
İki ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 9,4 % artaraq 2,754 milyard ABŞ dollarına, fevral ayında isə 9,3 % artaraq 1,413 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 273,215 milyon dolları (1 il əvvələ nisbətən 11,8 % çox), Almaniya 209,036 milyon ABŞ dolları (+4 %) və ABŞ 168,03 milyon ABŞ dolları (+32 %) dəyərində həyata keçirib.
Paraqraf.com
![]()
