Skip to content
14 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 14
  • Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub

admin 14 Mart 2026 2 minutes read
xaVDRvn5TrcKtGDKC6UJecCD917X1QUf7uuTt2UB_1200
PAYLAŞIN:

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

Paraqraf.com xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın idmançıların mübarizə ilə başlayıb.

Turnirin açılış mərasimindən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov qurumun rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili turnirlərin önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.

İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova (53 kq) qalib olub. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.

Türkanə Eminova (58 kq) 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub. Milena Hüseynli (63 kq) 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.

Qeyd edək ki, medallar uğrunda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı mübarizə aparır.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Kats: İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək
Next: Premyer Liqa nəhəngləri 19 yaşlı Said El-Malanın transferi uğrunda yarışır

OXŞAR MÖVZULAR

NbNu48MtYqziWmFnL8vS1CM2bCpvWOIw02kXvBmc_1200

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı başa çatıb

admin 14 Mart 2026
h0p8KEObIuLnswfMnmBcmUBgkFE7tyzvfBLZ9F86_1200

Premyer Liqa nəhəngləri 19 yaşlı Said El-Malanın transferi uğrunda yarışır

admin 14 Mart 2026
q5TzWBtXPzGv1hTmMIKIsNAacPBzShxQJVXPklc0_1200

“Formula 1” üzrə Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub

admin 14 Mart 2026

XƏBƏR LENTİ

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır” abe2076b-fb09-4ff1-a8d0-df0f3d0e8300

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

14 Mart 2026
Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir” WhatsApp Image 2026-03-14 at 16.20.58

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

14 Mart 2026
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb O5ghvaqpX5Hg1igtCGozBNNyZZ9xBfm6W96ZqXFZ_1200

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb

14 Mart 2026
4 yaşlı uşaq su quyusuna düşüb öldü lAXsoXiUqu7ad6RA70E8bloCPwEi3gt3C3UeFaZW

4 yaşlı uşaq su quyusuna düşüb öldü

14 Mart 2026
Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı 3ce7fe36-7d87-383a-bc5a-505590abc6cb_1200

Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı

14 Mart 2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ da8c8344-c930-4c4f-a559-cd318474ad7c_1200

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.