Skip to content
14 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 14
  • Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

admin 14 Mart 2026 4 minutes read
abe2076b-fb09-4ff1-a8d0-df0f3d0e8300
PAYLAŞIN:

2025-ci ildə Azərbaycanda müxtəlif xəstəliklərlə mübarizə üzrə dövlət proqramları üçün nəzərdə tutulan vəsaitlərin bir hissəsi icra olunmayaraq 22,4 milyon manat fərq yaranıb.

Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

2025-ci ildə səhiyyə sahəsində müxtəlif xəstəliklərlə mübarizə və əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən dövlət proqramları üzrə ümumilikdə 149 milyon 765 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

İl ərzində bu istiqamətlər üzrə faktiki icra 127 milyon 351 min 700 manat təşkil edib. Nəticədə 22 milyon 413 min 300 manat məbləğində fərq yaranıb.

Ən böyük vəsait şəkərli diabet xəstəliyi üzrə tədbirlərə yönəldilib. Bu istiqamət üzrə 65 milyon 890 min 200 manat vəsait nəzərdə tutulsa da, faktiki icra 58 milyon 659 min 500 manat olub və 7 milyon 230 min 700 manat fərq qeydə alınıb.

İkinci böyük xərc istiqaməti xroniki böyrək çatışmazlığı ilə mübarizə tədbirləri olub. Bu məqsədlə 45 milyon 973 min 500 manat proqnozlaşdırılsa da, faktiki icra 38 milyon 11 min 600 manat təşkil edib. Beləliklə, bu sahədə 7 milyon 961 min 900 manat fərq yaranıb.

Vərəmlə mübarizə tədbirləri üzrə 2 milyon 433 min 300 manat vəsait nəzərdə tutulsa da, icra 496 min 200 manat olub və 1 milyon 937 min 100 manat fərq meydana gəlib.

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri üçün ayrılması planlaşdırılan 7 milyon 493 min manat vəsaitin 7 milyon 330 min 100 manatı icra edilib, fərq isə 162 min 900 manat olub.

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və uşaqların icbari dispanserizasiyası ilə bağlı tədbirlər üçün 5 milyon manat nəzərdə tutulub. Faktiki icra isə 1 milyon 218 min 400 manat olub və bu istiqamətdə 3 milyon 781 min 600 manat fərq qeydə alınıb.

Hemofiliya xəstəliyi (irsi qan xəstəliyi) üzrə mübarizə tədbirləri üçün ayrılan 16 milyon 340 min manatın 15 milyon 582 min 600 manatı icra edilib və 757 min 400 manat fərq yaranıb.

İxtioz və bulliyoz epidermoliz xəstəliyi (irsi dəri xəstəliyi) üzrə mübarizə tədbirləri üçün nəzərdə tutulan 6 milyon manatın 5 milyon 423 min 100 manatı xərclənib, 576 min 900 manat fərq qeydə alınıb.

Uşaqlarda kistoz fibroz genetik xəstəliyi (ağciyərləri və həzm sistemini zədələyən irsi genetik xəstəlik) ilə mübarizə tədbirləri üçün isə 635 min manat proqnozlaşdırılıb. Faktiki icra 630 min 200 manat olub və cəmi 4 800 manat fərq yaranıb.

Ayrılan vəsaitin xərclənməməsi proqramların düzgün planlaşdırılmadığını göstərir, yoxsa icra mexanizmlərində problemlər var?

Tibb eksperti Adil Qeybulla “Paraqraf.com”a bildirib ki, dövlət proqramı sosial müdafiənin bir formasıdır:

“İcbari tibbi sığorta isə sosial müdafiənin universal formasıdır. Belə təqdirdə, icbari tibbi sığortanın gedişi ilə bu dövlət proqramları paralel olaraq ləğv edilməli və icbari tibbi sığorta zərfinə daxil edilməli idi. Ancaq bu, belə olmadı. İcbari tibbi sığorta ilə dövlət proqramları paralel fəaliyyət göstərir. Müalicənin, diaqnostikanın və digər tibbi tədbirlərin effektiv tətbiqində də problem yaranır”.

O qeyd edib ki, bu istiqamətdə vəsaitlər də düzgün istifadə olunmur:

“Əslində, vəsaitlərin optimal xərclənməsi bir il əvvəlki statistikaya istinad edilməsi ilə normallaşa bilər. Yəni bir il əvvəlki statistika indiki statistikadan ciddi fərqlənməyəcək. İcbari Tibbi Sığorta Agentliyində bu məsələlər proqnozlaşdırılmalı, növbəti il üçün mümkün xərclər müəyyənləşdirilməlidir. Bu ildən məhz bunun üzərində çalışılmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-14 at 16.20.58

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

admin 14 Mart 2026
25aa52fdfb895096b1ac0d8b62cedce9

Pakistan–Əfqanıstan münaqişəsi: terror şəbəkələrinin təsiri

admin 13 Mart 2026
516327b651ecbd7fd031bb57bc85e7f5

NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır

admin 13 Mart 2026

XƏBƏR LENTİ

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır” abe2076b-fb09-4ff1-a8d0-df0f3d0e8300

Adil Qeybulla: “İcbari tibbi sığorta ilə dövlət proqramlarının paralel fəaliyyəti səhiyyədə səmərəliliyi azaldır”

14 Mart 2026
Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir” WhatsApp Image 2026-03-14 at 16.20.58

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

14 Mart 2026
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb O5ghvaqpX5Hg1igtCGozBNNyZZ9xBfm6W96ZqXFZ_1200

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb

14 Mart 2026
4 yaşlı uşaq su quyusuna düşüb öldü lAXsoXiUqu7ad6RA70E8bloCPwEi3gt3C3UeFaZW

4 yaşlı uşaq su quyusuna düşüb öldü

14 Mart 2026
Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı 3ce7fe36-7d87-383a-bc5a-505590abc6cb_1200

Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı

14 Mart 2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ da8c8344-c930-4c4f-a559-cd318474ad7c_1200

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.