Skip to content
14 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 13
  • NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır

NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır

admin 13 Mart 2026 7 minutes read
516327b651ecbd7fd031bb57bc85e7f5
PAYLAŞIN:

Rəsmi Ankaranın prioritet hədəfləri sırasında Türk hərbi inteqrasiyası – Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığını genişləndirilməsi xüsusi yer tutur… Türkiyə həm də Avrasiya və Yaxın Şərq arasındakı yeni təhlükəsizlik sistemində əsas geostrateji iradə sahibi olan aktor statusuna bağlı açıq iddiasını da biruzə verir…

Yaxın Şərqdə hərbi gərginliyin sürətlə artdığı bir dövrdə Türkiyənin siyasi-diplomatik və hərbi-strateji addımları bu regionun gələcək təhlükəsizlik arxitekturası baxımından, xüsusi önəm daşıyır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeşkian arasındakı son telefon danışığı rəsmi Ankaranın həm regional balans siyasətini qorumağa, həm də öz təhlükəsizlik maraqlarını sərt şəkildə müdafiə etməyə hazır olduğunu göstərir. Və üstəlik, bu, Yaxın Şərqdə formalaşan yeni geopolitik reallığın fonunda Türkiyənin hansı strateji xətti seçdiyini də dolayısı ilə biruzə verir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara İranla hərbi və yaxud siyasi qarşıdurmada qətiyyən maraqlı deyil, ancaq Türkiyə sərhədlərinin toxunulmazlığı prinsipi üzrə də qətiyyətli mövqe tutmaq niyyətindədir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bununla bağlı prinsipial mövqeyini iranlı həmkarının diqqətinə açıq şəkildə çatdırıb. Rəsmi Ankara İrana qarşı hərbi müdaxilənin əleyhinə olduğunu bildirsə də, bu ölkənin digər region ölkələrinə qarşı raket və dron hücumlarının da yolverilməz olduğunu vurğulayıb.

26d36a4b-eaac-4312-bd85-34a6ae4fbf4e.jpg (195 KB)

Məsələ ondadlr ki, Türkiyə lideri xüsusilə də ölkəsinin hava məkanının pozulmasına münasibətdə sərt reaksiya verib. O, bildirib ki, səbəbindən asılı olmayaraq, Türkiyənin hava məkanının pozulması qəbul edilə bilməz və rəsmi Ankara bununla bağlı bütün lazımi tədbirləri görəcək. Bu açıqlama son vaxtlar Yaxın Şərqdə müxtəlif istiqamətlərdən buraxılan raketlərin trajektoriyasının məhz Türkiyə sərhədlərinə yaxınlaşmasına rəsmi Ankaranın sərt reaksiyasını ifadə edir.

Maraqlıdır ki, prezident Məsud Pezeşkianın Türkiyə hava məkanında qeydə alınan raketlərin İran mənşəli olmadığını bildirməsi və bu hadisə ilə bağlı geniş araşdırma aparılacağını vəd etməsi rəsmi Ankaranın ciddi narahatlığına da səbəb olub. Türkiyənin siyasi dairələrində hesab edirlər ki, İranda baş verən siyasi dəyişikliklər yalnız ölkədaxili proses olmaqdan çıxaraq, həm də Yaxın Şərqin təhlükəsizlik balansına təsir göstərən önəmli faktora da çevrilə bilər.

Ona görə də, rəsmi Ankara Türkiyənin təhlükəsizlik maraqlarını qabartmaqla yanaşı, həm də Şimali Kipr Türk Cümhuriyyətinin yeni hərbi-strateji platformaya çevrilməsinə yönəlik də ciddi cəhdlər göstərir. Belə ki, bu istiqamətdə siyasi-diplomatik aktivliyə paralel olaraq, Türkiyə öz sərhədləri ətrafında hərbi-strateji mövqelərini daha da gücləndirməyə çalışır. Və Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş hərbi döyüş texnikasının yerləşdirilməsi də bunu birmənalı şəkildə təsdiqləyir.

d8a434db-d2b0-43eb-a0a4-745da355ea99.jpg (194 KB)

Çünki Şimali Kirpdə ən müasir döyüş texnikanın yerləşdirilməsi rəsmi Ankaranın həm də Şərqi Aralıq dənizində Türkiyənin hərbi mövcudluq şərtlərini daha da möhkəmləndirməkdə davam etdiyini göstərir. Analitiklərin fikrincə, Türkiyənin bu addımları konkret strateji məqsədlərə xidmət edir. Belə ki, rəsmi Ankara Şərqi Aralıq dənizində enerji və təhlükəsizlik balansının qorunmasına, Şimali Kiprdə Türkiyənin hərbi mövqelərinin gücləndirilməsinə, eləcə də bu regionda mümkün eskalasiya ssenarilərinə hazırlaşmağa xüsusi önəm verir.

Digər tərəfdən, rəsmi Ankara Türk dövlətləri arasında hərbi əməkdaşlıq genişləndirilməsi prosesinin daha sürətləndirilməsinə yönəlik də addımlar atmağa çalışır. Belə ki, son vaxtlar Türkiyə Türk dünyası üçün yeni hərbi ittifaq modelinin ön plana çəkilməsi istiqamətində fəal siyasət kursuna malikdir. Hər halda, rəsmi Ankara hazırda Türk dövlətlərinin ortaq hərbi təlimlərinin genişləndirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinə və hərbi-strateji təhlükəsizlik fəaliyyətinin koordinasiyasına xüsusi diqqət yetirir. Və bu proses daha geniş geopolitik layihənin – Türk dövlətləri arasında ortaq təhlükəsizlik sisteminin qurulması planının tərkib hissəsi hesab olunur.

Maraqlıdır ki, rəsmi Ankaranın belə hərbi-strateji planlarının reallaşdırılması ilə bağlı prosesdə NATO faktoru və Türkiyənin bu hərbi-siyasi alyansdakı strateji mövqeyi də mütləq nəzərə alınır. Çünki Türkiyə hazırda bu prosesdə yalnız regional aktor deyil, həm də NATO daxilində mühüm strateji rola malik olan önəmli dövlət kimi iştirak edir. Ona görə də, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması NATO üçün Türkiyənin geostrateji əhəmiyyətini daha da artırır. Yəni, Türkiyə indi NATO üçün həm Qara dəniz, həm Yaxın Şərq, həm də Şərqi Aralıq dənizi arasında yerləşən əsas təhlükəsizlik qovşağı rolunu oynayır.

0f90b88b-99f2-48b7-b835-f1089244c100.jpg (211 KB)

Göründüyü kimi, bütün bunları nəzərə alan rəsmi Ankara Türkiyə sərhədləri ətrafındakı regionlarda balans siyasəti yürütməyə çalışır. Belə ki, bir tərəfdən İranla açıq qarşıdurmadan yayınmağa üstünlük verir, digər tərəfdən isə NATO təhlükəsizlik sisteminin əsas sütunlarından biri olaraq qalır. Və nəticədə Türkiyə ətrafında yeni regional geostrateji təhlükəsizlik modeli formalaşır.

Belə anlaşılır ki, rəsmi Ankaranın prioritet hədəfləri sırasında Türk hərbi inteqrasiyası – Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığını genişləndirilməsi xüsusi yer tutur. Üstəlik, bu hərbi strategiya Türkiyənin yalnız regional güc mərkəzinə çevrilməsinə yönəlməyib. Yəni, Türkiyə həm də Avrasiya və Yaxın Şərq arasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əsas geostrateji iradə sahibi olan aktor statusuna bağlı açıq iddiasını da biruzə verir.

Elçin XALİDBƏYLİ

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Enerji təhlükəsizliyi müasir dünyanın əsas prioritetlərindən birinə çevrilir
Next: Pakistan–Əfqanıstan münaqişəsi: terror şəbəkələrinin təsiri

OXŞAR MÖVZULAR

N5tdt1eKXPKqPqFOPkHCx4Aolzckap0mHdllSVYp_1200

Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb

admin 14 Mart 2026
DaCjFjh8OrpoijqXIE188QyUf5kBZfgqU4HKO9Ad_1200

Azərbaycanla Dominikan arasında parlament əlaqələri müzakirə olunub

admin 14 Mart 2026
X997peCGdlRX37G83CNhhTcNgFOjmwG7p9R9Eyhu_1200

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir

admin 14 Mart 2026

XƏBƏR LENTİ

Premyer Liqa nəhəngləri 19 yaşlı Said El-Malanın transferi uğrunda yarışır h0p8KEObIuLnswfMnmBcmUBgkFE7tyzvfBLZ9F86_1200

Premyer Liqa nəhəngləri 19 yaşlı Said El-Malanın transferi uğrunda yarışır

14 Mart 2026
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub xaVDRvn5TrcKtGDKC6UJecCD917X1QUf7uuTt2UB_1200

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub

14 Mart 2026
Kats: İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək EFSFdGk5kkJJXL1NQhg6bw51iYqmjMVLQR3UTI12_1200

Kats: İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək

14 Mart 2026
Sobyanin: Moskvaya yaxınlaşan dörd pilotsuz uçuş aparatı vurulub vjg5OXaCjMSBFUrAPzdKSh9Fc6sMN2Ma3FCNV9aQ_1200

Sobyanin: Moskvaya yaxınlaşan dörd pilotsuz uçuş aparatı vurulub

14 Mart 2026
Kiyev vilayəti zərbələrə məruz qalıb, ölənlər və yaralananlar var aMNtiUZpPEYyfXUzzkEDBnFZ8AF1RJtySIkUj54f_1200

Kiyev vilayəti zərbələrə məruz qalıb, ölənlər və yaralananlar var

14 Mart 2026
Bağdadda aviazərbə nəticəsində bir nəfər ölüb IEeNIDesZliE78iQF8RClcNNhJ4mL5rvU0vPtelP_1200

Bağdadda aviazərbə nəticəsində bir nəfər ölüb

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.