Skip to content
14 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 13
  • Pakistan–Əfqanıstan münaqişəsi: terror şəbəkələrinin təsiri

Pakistan–Əfqanıstan münaqişəsi: terror şəbəkələrinin təsiri

admin 13 Mart 2026 8 minutes read
25aa52fdfb895096b1ac0d8b62cedce9
PAYLAŞIN:

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə hava zərbələri endirib. Əfqanıstandakı “Taliban” hökuməti İslam Respublikasının “dinc sakinlərin evlərinə” zərbələr endirdiyini, nəticədə dörd nəfərin həlak olduğunu, 15 nəfərin isə yaralandığına dair məlumat yayıb.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, Pakistan Qəndəhar şəhərinə, habelə bu ölkə ilə həmsərhəd olan Paktiya və Paktika əyalətlərinə, eləcə də bir sıra başqa bölgələrə zərbələr endirib.

Yayılan məlumatlara əsasən, Pakistanın Təhlükəsizlik Xidməti də martın 13-nə keçən gecə Əfqanıstana zərbələrin endirildiyini təsdiqləyib. Bildirilib ki, hücumların hədəfi Əfqanıstan “Taliban”ı ilə sıx əlaqədə olan “Tehrik-e Taliban Pakistan” (TTP) silahlı qruplaşmasının (“Pakistan talibləri” kimi də tanınır) üzvləri olub.

İki ölkə arasında davam edən müharibənin səbəbi dəyişməz olaraq qalır. Bu, Böyük Britaniyanın cızdığı “Dürand xətti”nin ləğvi uğrunda “Pakistan talibanı” ilə İslam Respublikası arasında müharibədir.

MMMMMM.jpg (99 KB)

Münaqişənin bünövrələrindən birinin 1947-ci ildə qoyulduğu istisna olunmur. İki ölkə arasında qarşıdurma həmin il Pakistan yaranandan bəri davam edir. Onda Əfqanıstan rəhbərliyi Britaniyanın Asiyadakı mülklərini genişləndirməyə çalışarkən ingilis-əfqan müharibələri gedişində yaratdığı “Dürand xətti”ni sərhəd olaraq tanımaqdan imtina etmişdi. Əfqanıstan hakimiyyəti onda bildirirdi ki, indi onların ölkəsi başqa bir dövlətlə həmsərhəddir və onunla, yəni Pakistanla ərazi barədə danışıqları yenidən aparmaq lazımdır. Onların başqa bir arqumenti isə bu idi ki, “Dürand xətti”ni çəkərkən britaniyalılar mahiyyətcə tarixi Puştunistan bölgəsinin ərazisini özbaşına bölüb, qonşu kəndlərin sakinlərini geosiyasi rəqiblərə çeviriblər. Ona görə də sərhədi yenidən müəyyən etmək, bəlkə də müstəqil Puştunistan yaratmaq lazımdır.

Tərəflər arasında müharibənin əsasında əslində mübahisəli, həllini gözləyən ərazi məsələsi durur. Bir sıra silahlı qruplaşmaların məsələyə müdaxiləsi tərəflərin mövcud problemi dinc yolla həll etməsinə mane olur, onu mübahisəli ərazi məsələsi olmaqdan, mahiyyətindən uzaqlaşdırır. Rəsmi İslamabadın “Taliban” hökumətini “Pakistan talibanı”nı himayə və müdafiəsinə görə ittiham etməsi də bu baxımdan anlaşılandır.

“Taliban”ın hakimiyyətə qayıdışı ilə tərəflər arasında qarşıdurma davamlı xarakter alıb.

Bu il fevralın 21-i axşam Pakistan Hərbi Hava Qüvvələri sərhədyanı Əfqanıstan əyalətləri olan Nəngərhar, Paktika və Xostanı atəşə tutub. Pakistan hakimiyyəti hücumların məqsədinin regionda fəaliyyət göstərən terror qruplaşmaları – “Pakistan taliban”ı və “Vilayət Xorasan”ın düşərgələri olduğunu bəyan etmişdi. Bu hücumlar Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimal-qərbindəki Bacaur dairəsində və Bannu şəhərində fevralda baş verən terror aktlarına cavab tədbiri sayılır.

“Taliban” hökuməti həmin hücum nəticəsində azı 18 əfqanın, o cümlədən qadın və uşaqların həlak olduğunu bildirmişdi.

DDDDDDD.jpg (94 KB)

Fevralın 27-də isə Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif qonşuların hərəkətlərinə dair “X” sosial şəbəkəsindəki səhifəsində belə bildirmişdi: “Səbrimiz tükəndi. İndi biz sizinlə açıq müharibəyə başlayırıq”.

Pakistan ordusunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri general-leytenant Əhməd Şərif Çaudri isə demişdi: “Bu, hökumət deyil. Bunlar militarist diktatorlardır. Əfqanıstanı legitim olmayan quldurlar idarə edirlər”.

O vaxtdan sərhəd boyunca döyüş əməliyyatları davam edir.

Bu müharibədə hər iki tərəfdə itkilər olur. Ancaq bütün münaqişələrdə olduğu kimi, rəsmi qurumlar həlak olanların sayı və statusunu fərqli şəkildə qiymətləndirirlər. Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi İnayətullah Xorezminin sözlərinə görə, martın 3-nə qədər münaqişə gedişində Əfqanıstanın 28, Pakistanın 150 hərbçisi həlak olub.

Pakistan hakimiyyəti itkilərinin təxminən 150 nəfər olduğunu qəbul edir, eyni zamanda rəqibin 450 nəfərdən çox itki verdiyini iddia edir.

Tərəflər bir-birini ittiham da edirlər. Əfqanıstan qarşı tərəfi sıx məskunlaşmış kəndləri atəşə tutmaqda ittiham və martın 4-nə qədər hücumlar nəticəsində 110 dinc sakinin həlak olduğunu iddia edir. Pakistan isə yalnız hərbi obyektlərə hücum etdiyini bildirir.

BMT-nin Əfqanıstandakı missiyasının nəticələri münaqişənin artıq mülki əhaliyə təsir etdiyini göstərir. Onun məlumatlarına əsasən, martın 6-na qədər döyüş əməliyyatları nəticəsində 24 uşaq və 6 qadın olmaqla 56 dinc əfqan ölüb.

Müharibə davam etdiyi üçün hər gün qurbanlar olur.

Belə ehtimal etmək olar ki, Pakistan “Tehrik-e Taliban Pakistan”ı tamamilə zərərsizləşdirmək istəyir. Ona görə də Əfqanıstanı davamlı olaraq bombardman edir.

Pakistanın Baş nazirinin nümayəndəsi Müşərrəf Zaidi hələ fevralın sonunda danışıqlar və dialoqun mümkün olmayacağını deyib: “Razılaşdırılacaq bir şey yoxdur. Əfqanıstandan terror sona çatmalıdır”.

“Taliban” hökumətinin isə əsas hədəfi Pakistanın hücumlarını dəf etmək, sərhədyanı bölgələrdə vəziyyətin sabitləşməsinə nail olmaqdır. Bununla belə, rəsmi Kabil “Pakistan talibləri” ilə əlaqələri kəsməyi də planlaşdırmır.

NNNNNNNNNNN.jpg (103 KB)

Hazırda Pakistanla Əfqanıstan müharibəsi Yaxın Şərqdəki hərbi qarşıdurma fonunda kölgədə qalıb. Sanki bu müharibə qəsdən qurulub. Çünki 2025-ci il sentyabrın 17-də Pakistanla Səudiyyə Ərəbistanı arasında tarixi Qarşılıqlı Müdafiə üzrə Strateji Saziş imzalanıb. Həmin sənədə əsasən, bir ölkəyə edilən istənilən hücum hər iki ölkəyə qarşı təcavüz hesab olunur. Saziş hərbi əməkdaşlığın dərinləşdirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini, birgə təlimləri və Pakistanın Səudiyyə Ərəbistanının müdafiəsi üçün “nüvə çətiri” təqdim etmə ehtimalını nəzərdə tutur.

“Taliban” hökuməti isə ABŞ-nin İran ərazisinə zərbə endirəcəyi halda Tehrana yardım göstərməyə hazır olduqlarını bildirmişdi. Bununla belə, Əfqanıstan ABŞ ilə müharibədə iştirak etmək niyyətində olmadığını qeyd edib.

Hökumətin sözçüsü Zəbihullah Mücahid kömək məsələsini belə izah edib: “Əfqanıstan xalqı həmrəylik göstərəcək. Çox böyük ehtimal etmək olar ki, İranın sorğusu əsasında onunla əməkdaşlıq edəcək. Ancaq bu, “Taliban”ın ABŞ-yə qarşı cavab müharibəsinə qoşulması demək deyil”.

Belə görünür, hər iki tərəf potensial olaraq hazırda Yaxın Şərqdəki qarşıdurmada əks tərəflərdə iştirak edə bilər. Ancaq aralarındakı müharibə onların başını özlərinə qatıb. Bu işdə isə onlara “Tehrik-e Taliban Pakistan” “yardım edib”. Onda “Pakistan talibanı” kimə xidmət edir?” sualı yaranır.

Hər iki ölkədə isə dinc sakinlər terror qruplaşmasının iddiasının qurbanı olurlar.

Sədrəddin İsmayılov

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
Next: Azərbaycanın basketbol millisi bu gün Monteneqro ilə üz-üzə gələcək

OXŞAR MÖVZULAR

N5tdt1eKXPKqPqFOPkHCx4Aolzckap0mHdllSVYp_1200

Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb

admin 14 Mart 2026
DaCjFjh8OrpoijqXIE188QyUf5kBZfgqU4HKO9Ad_1200

Azərbaycanla Dominikan arasında parlament əlaqələri müzakirə olunub

admin 14 Mart 2026
X997peCGdlRX37G83CNhhTcNgFOjmwG7p9R9Eyhu_1200

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir

admin 14 Mart 2026

XƏBƏR LENTİ

Kats: İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək EFSFdGk5kkJJXL1NQhg6bw51iYqmjMVLQR3UTI12_1200

Kats: İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək

14 Mart 2026
Sobyanin: Moskvaya yaxınlaşan dörd pilotsuz uçuş aparatı vurulub vjg5OXaCjMSBFUrAPzdKSh9Fc6sMN2Ma3FCNV9aQ_1200

Sobyanin: Moskvaya yaxınlaşan dörd pilotsuz uçuş aparatı vurulub

14 Mart 2026
Kiyev vilayəti zərbələrə məruz qalıb, ölənlər və yaralananlar var aMNtiUZpPEYyfXUzzkEDBnFZ8AF1RJtySIkUj54f_1200

Kiyev vilayəti zərbələrə məruz qalıb, ölənlər və yaralananlar var

14 Mart 2026
Bağdadda aviazərbə nəticəsində bir nəfər ölüb IEeNIDesZliE78iQF8RClcNNhJ4mL5rvU0vPtelP_1200

Bağdadda aviazərbə nəticəsində bir nəfər ölüb

14 Mart 2026
Amsterdamda yəhudi məktəbində partlayış olub MFgOCTOYx64Jd5pyYbKPnle3SPrQX4WSdCSnNcrR_1200

Amsterdamda yəhudi məktəbində partlayış olub

14 Mart 2026
İsrailin hücumları nəticəsində Livanın cənubunda dörd nəfər ölüb woOVX8aeePlDphDqFXKyXnaYhG1OnVHrwLp2SWh0_1200

İsrailin hücumları nəticəsində Livanın cənubunda dörd nəfər ölüb

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.