Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Keçən il Azərbaycanda müavinət alan keçmiş məcburi köçkünlərin sayı 21,1 min nəfər azalıb
CƏMİYYƏT

Keçən il Azərbaycanda müavinət alan keçmiş məcburi köçkünlərin sayı 21,1 min nəfər azalıb

13 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Keçən il Azərbaycanda müavinət alan keçmiş məcburi köçkünlərin sayı 21,1 min nəfər azalıb.

Paraqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.

Hesabata əsasən, 2025-ci il ərzində azad olunmuş ərazilərə köçürülmüş sakinlər də daxil olmaqla cəmi 4 370 məcburi köçkün ailəsi (17546 nəfər) mənzillə təmin olunub.

Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 301,3 mln. manat vəsait yönəldilib.

Hesabat dövrünün sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 387,3 min nəfər təşkil edib. İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər azalıb.

Hesabata görə, Azərbaycanda ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində dövlət büdcəsindən ümumilikdə 18 milyon 300 manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib

Next

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

Copyright 2026— Praqraf.com. All rights reserved