Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İranda “Müqəddəs Qüds” günü yürüşü zamanı partlayış olub
DÜNYA

İranda “Müqəddəs Qüds” günü yürüşü zamanı partlayış olub

13 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Tehranda “Müqəddəs Qüds” günü yürüşünün keçirildiyi ərazidə partlayış baş verib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

Həmin vaxt Tehran sakinləri şəhərin əsas küçələrində toplaşaraq İran bayraqları ilə Tehran Universiteti istiqamətində yürüş keçiriblər.

Bildirilib ki, İsrail ordusu Tehranda insanların etiraz aksiyası üçün toplandığı əraziyə təxliyə xəbərdarlığı edib.

Açıqlamadan qısa müddət sonra isə İran dövlət mediası Tehranda yürüşün keçirildiyi ərazidə partlayış baş verdiyini açıqlayıb.

Xatırladaq ki, “Müqəddəs Qüds” günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.

Onun təşəbbüskarı İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyni olub. Tədbirin hədəfi Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir. “Müqəddəs Qüds” günü 1979-cu il fevral inqilabından sonra hər il keçirilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İranda ABŞ və İsrailin əməliyyatı başlayandan bəri 1,4 mindən çox insan ölüb

Next

Pakistanda patrul avtomobili partladılıb, yeddi polis əməkdaşı ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved