Azərbaycanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti illərdə bir sıra yeniliklərin tətbiqi planlaşdırılır.
2026–2028-ci illər ərzində mərhələli şəkildə brutto müqavilə modelinə keçid həyata keçiriləcək və yeni avtobus kartlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu sistemdə ödənişlərin məsafəyə görə hesablanması planlaşdırılır.
Nəqliyyat eksperti Yasin Mustafayev “Paraqraf.com”a bildirib ki, “brutto müqaviləsi” daşıyıcılarla sifarişçi arasında bağlanan müqavilə modelidir:

“Hazırda daşıyıcılar sərnişinlərdən topladıqları vəsait hesabına fəaliyyətlərini qururlar. Lakin “brutto müqaviləsi” modelində sərnişinlərdən toplanan vəsait birbaşa sifarişçiyə yönəldilir və daha sonra daşıyıcılara görülən işin həcminə, yəni qət edilən kilometrə görə ödəniş edilir.
“Brutto müqaviləsi” kilometraj əsasında hesablandığı üçün daşıyıcılar üçün daha sərfəli sayılır. Bu dəyişiklik isə sərnişinlərə ciddi təsir göstərməyəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
