Skip to content
14 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 13
  • Ekspert xəbərdarlıq edir: Qiyabi təhsilə hərbi möhlət verilsə, “süni tələbə artımı” yarana bilər

Ekspert xəbərdarlıq edir: Qiyabi təhsilə hərbi möhlət verilsə, “süni tələbə artımı” yarana bilər

admin 13 Mart 2026 5 minutes read
IMG-20260313-WA0031
PAYLAŞIN:

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda ölkədə qiyabi təhsil forması hələ də mövcuddur. Sovet dövründə daha geniş tətbiq edilən bu təhsil forması hazırda qalsa da, distant təhsil tətbiq edilmir.

Ümumiyyətlə, qiyabi təhsil olmalıdırmı və əgər bu təhsil forması qalırsa, bu tələbələrə də əyani təhsil alanlar kimi möhlət hüququ verilə bilərmi?

Təhsil eksperti Vüsət Əzizov “Paraqraf.com”a bildirib ki, qiyabi təhsil bir çox ölkələrdə hələ də istifadə olunur:

“Sovet dövründə qiyabi təhsil forması geniş tətbiq olunsa da, hazırda bu təhsil formasının əhatə dairəsi azalıb. Məsələn, əvvəlki dövrlərdə mövcud olmuş pedaqoji ixtisaslar üzrə artıq qiyabi təhsil forması mövcud deyil. Lakin qiyabi təhsilin də bir çox üstünlükləri var. Bu təhsil forması əmək fəaliyyəti ilə məşğul olan tələbələr üçün imkan yaradır. Xüsusilə işləyən, ailə məsuliyyəti olan və ya başqa səbəblərlə universitet dərslərində davamlı iştirak edə bilməyən şəxslər üçün əlverişli hesab olunur. Bundan başqa, regionlarda yaşayanlar üçün də əlçatanlıq təmin edir və böyük şəhərə köçmədən ali təhsil almağa imkan yaradır.

Digər tərəfdən, ikinci ali təhsil almaq istəyənlər üçün də münasibdir. Lakin qiyabi təhsil zamanı tədrisin keyfiyyəti əyani təhsislə müqayisədə daha zəif ola bilər.

Hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsinə görə əyani təhsil alan kişi cinsli vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilir, lakin qiyabi təhsil alanlara möhlət verilmir. Yəni qiyabi oxuyan tələbə çağırış yaşındadırsa (18 yaş), onun hərbi xidmətə aparılması hüquqi baxımdan mümkündür.

Əgər ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimlərinə nəzər salsaq, görərik ki, tam orta məktəbi bitirmiş 11-ci sinif şagirdləri arasında qiyabi təhsil formasını seçənlər çox azdır. Bunun əsas səbəblərindən biri əyani təhsil alanların hərbi xidmətdən 4 il möhlət əldə etməsidir. Bu səbəbdən qiyabi təhsil formasını seçənlərin sayı az olur və bəzən bu ixtisaslar üzrə plan yerlərində boşluqlar da qalır”.

Ekspertin sözlərinə görə, qiyabi oxuyan gənclərin hərbi xidmət səbəbindən təhsildə fasilə verməsi onların akademik, psixoloji və sosial vəziyyətinə mənfi təsir göstərə bilər:

“Bu nüans da qiyabi təhsili seçməmək üçün əsas səbəblərdən sayılır. Qiyabi təhsil alan şəxslərə hərbi çağırışla bağlı möhlət verilməsi təhsil hüququnun təhsil formasından asılı olmaması ilə əsaslandırılır. Çünki təhsil almaq istəyən gəncin hərbi xidmətə görə təhsilinin yarımçıq qalması düzgün hesab olunmur.

Lakin bəzi şəxslər sadəcə hərbi xidmətdən yayınmaq üçün qiyabi təhsilə daxil ola bilər. Bu isə hərbi çağırış sistemi üçün süni tələbə artımına səbəb ola bilər. Buna görə də ölkəmizdə olduğu kimi bir çox digər ölkələrdə də möhlət yalnız əyani təhsil alanlara verilir, bəzi ölkələrdə isə qiyabi təhsil üçün məhdud şərtlər tətbiq olunur.

Qiyabi təhsil alan şəxslərə məhdud şərtlərlə hərbi möhlət verilməsi hüquqi baxımdan daha balanslı model hesab edilə bilər”.

 

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 11 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Binəqədidə təkər və məişət tullantıları yığılmış ərazi yanır
Next: İctimai nəqliyyatda yeni sistem: Gediş haqqı məsafəyə görə müəyyənləşə bilər

OXŞAR MÖVZULAR

25aa52fdfb895096b1ac0d8b62cedce9

Pakistan–Əfqanıstan münaqişəsi: terror şəbəkələrinin təsiri

admin 13 Mart 2026
516327b651ecbd7fd031bb57bc85e7f5

NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır

admin 13 Mart 2026
IMG-20260313-WA0028

İctimai nəqliyyatda yeni sistem: Gediş haqqı məsafəyə görə müəyyənləşə bilər

admin 13 Mart 2026

XƏBƏR LENTİ

Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb N5tdt1eKXPKqPqFOPkHCx4Aolzckap0mHdllSVYp_1200

Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb

14 Mart 2026
Azərbaycanla Dominikan arasında parlament əlaqələri müzakirə olunub DaCjFjh8OrpoijqXIE188QyUf5kBZfgqU4HKO9Ad_1200

Azərbaycanla Dominikan arasında parlament əlaqələri müzakirə olunub

14 Mart 2026
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir X997peCGdlRX37G83CNhhTcNgFOjmwG7p9R9Eyhu_1200

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir

14 Mart 2026
Komitə sədri: Hazırda WUF13-də 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib anar-quliyev-wuf13-e-hazirliq-tam-suretle-davam-edir

Komitə sədri: Hazırda WUF13-də 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib

14 Mart 2026
Bakıda NATO-nun kursu keçirilib QfHbGabkwCCHqYpLWEltYXEI9VJKx0LPtsuUNreS_1200

Bakıda NATO-nun kursu keçirilib

14 Mart 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 547d37ae-d642-3edb-8014-dffb7f6b0e01_1200

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.