2025-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 39,5 %-i və yaxud 15,3 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Paraqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
Onun sözlərinə göər, bu, 2024-cü illə müqayisədə 601,5 milyon manat və yaxud 4,1 % çoxdur.
“Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 milyard manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”, – deyə Baş nazir əlavə edib.
Paraqraf.com
![]()
