Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

admin 12 Mart 2026 4 minutes read
IMG-20260312-WA0019
PAYLAŞIN:

İran-ABŞ-İsrail müharibəsinin 12-ci günüdür. Son məlumatlara görə, İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi də hücum hədəflərindən biri olub.

Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a bildirib ki, davam edən İran və ABŞ-İsrail müharibəsinin nə vaxt bitəcəyi hazırda böyük qeyri-müəyyənlik içərisindədir:

“Bu müharibənin mümkün gedişini bir neçə istiqamət üzrə xarakterizə etmək olar.

Əvvəla, müharibənin daha qısa müddətdə – yaxın həftələrdə və ya təxminən bir ay ərzində başa çatması ehtimalı mövcuddur. Bu ssenari o halda mümkün ola bilər ki, İranın hərbi infrastrukturu ciddi şəkildə sıradan çıxarılsın. Belə bir vəziyyətdə Tehran danışıqlara məcbur qala bilər və bu da müharibənin daha tez bitməsinə gətirib çıxara bilər. Lakin hazırda bu ehtimal zəif görünür, çünki tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil.

İkinci versiyaya görə, müharibə orta müddətdə – təxminən 3–6 ay davam edə bilər. Bu müddət ərzində tərəflər qarşılıqlı şəkildə hava zərbələri və raket hücumları həyata keçirə bilərlər.

Üçüncü və ən təhlükəli ssenari isə müharibənin daha uzun müddət – bir il və ya daha artıq davam etməsidir. Bu halda münaqişə daha geniş regional qarşıdurmaya çevrilə bilər. Belə bir inkişaf dünya enerji bazarına ciddi təsir göstərə, neft və qaz qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Bu ssenari o halda mümkün ola bilər ki, tərəflərdən heç biri hərbi üstünlük əldə etməsin və İranın mövcud siyasətində ciddi dəyişikliklər baş verməsin.

Bundan əlavə, İranın regiondakı proksi qüvvələrinin müharibəyə daha aktiv şəkildə qoşulması münaqişənin miqyasını genişləndirə bilər. ABŞ-nin quru qoşunlarının müharibəyə cəlb olunması ehtimalı da qarşıdurmanın uzanmasına səbəb ola bilər. Ümumilikdə isə müharibənin nə vaxt bitəcəyini dəqiq demək çox çətindir. Çünki müharibənin taleyini müəyyən edən bir neçə əsas amil var. Bunlara İran rəhbərliyinin qəbul etdiyi qərarlar, ABŞ-nin regiona quru qoşunları göndərib-göndərməməsi, Hizbullah və digər proksi qüvvələrin müharibəyə qoşulması, eləcə də Hörmüz boğazının tamamilə bağlanması kimi faktorlar daxildir.

Digər ehtimallardan biri də İran daxilində siyasi vəziyyətin dəyişməsi və əhalinin hakimiyyətə qarşı kütləvi etirazlarının başlanmasıdır. Bu cür daxili proseslər də müharibənin gedişinə ciddi təsir göstərə bilər”.

O qeyd edib ki, müharibənin qısa müddətdə bitməsi hələ real görünmür:

“Məsələn, neft qiymətlərinin artması fonunda ABŞ-nin strateji ehtiyatlardan milyonlarla barrel nefti bazara çıxarmaq planları müzakirə olunur. Bundan əlavə, ABŞ-nin Cənubi Koreyadakı bazalarından Patriot zenit-raket komplekslərini Yaxın Şərqə köçürmək niyyəti də regionda hərbi mövcudluğun artırılmasına işarə edir.

Bütün bunlar göstərir ki, hazırkı mərhələdə müharibənin yaxın zamanda başa çatacağını demək çətindir və qarşıdurmanın bir müddət daha davam etməsi ehtimalı yüksək olaraq qalır”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 27 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”
Next: Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb

OXŞAR MÖVZULAR

5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

admin 30 Aprel 2026
IMG-20260430-WA0000

“Musa peyğəmbər də rəhbər olsa, İsrail Livan və Suriyanı rahat buraxmaz” – Politoloqdan açıqlama

admin 30 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycan Mərkəzi Bankı BOKT-lardan birinin vəzifəli şəxsini cərimələyib

admin 30 Aprel 2026

XƏBƏR LENTİ

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib 5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

30 Aprel 2026
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026
Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

30 Aprel 2026
Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 1607d7f8-44d6-3917-b862-3200ac354a5f_1200

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

30 Aprel 2026
“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir 8gdKcC1viCGxhVlpVIni5OJaf3d8EXiSoMV4P2vZ_1200

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026
“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.