Azərbaycan neft və qaz satışından əldə etdiyi gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldir.
Paraqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.
Onun sözlərinə görə, bu gün əsas mövzulardan biri nəqliyyat bağlantısıdır: “Münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına gətirib çıxarır ki, bu da iqtisadiyyat və qlobal təchizat zəncirləri üçün ciddi problemlər yaradır. Bununla əlaqədar olaraq Azərbaycan neft və qaz satışından əldə etdiyi gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldir”, – İlham Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu gün ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində əvəzolunmaz tərəfdaşdır, eləcə də Orta Dəhlizin inkişafında fəal şəkildə iştirak edir.
Paraqraf.com
![]()
