Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

admin 12 Mart 2026 2 minutes read
0NpTdoYuf4s6L69uQHWumyPPNtTCzfjxI5i6mF94_1200
PAYLAŞIN:

2025-ci ildə Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 145,2 milyon sayda 840,9 milyard manatlıq əməliyyat aparılıb.

Paraqraf.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 13,9 % az və 10,6 % çoxdur.

MÖS ölkədə nağdsız hesablaşmaların aparılması və banklararası ödənişlərin həyata keçirilməsi üçün yaradılmış əsas infrastrukturdur. Azərbaycan Mərkəzi Bankının idarə etdiyi sistem banklar, digər maliyyə institutları, dövlət qurumları və biznes subyektləri arasında ödənişlərin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsini təmin edir.

MÖS bir neçə əsas platformadan ibarətdir. Bunlara iri məbləğli və təcili ödənişlər üçün istifadə olunan AZİPS (Real Vaxt Rejimində Brüt Hesablaşma Sistemi), kütləvi və kiçik məbləğli ödənişlərin emalı üçün XÖHKS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi), eləcə də 24/7 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) daxildir. Bu sistemlər banklararası köçürmələr, dövlət ödənişləri, kommunal və digər gündəlik maliyyə əməliyyatlarının fasiləsiz icrasına imkan yaradır.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb
Next: QHT AGENTLİYİ BU TƏŞKİLATLARA QRANT AYIRDI – TAM SİYAHI

OXŞAR MÖVZULAR

f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

admin 30 Aprel 2026
WHB5k2dOq2US6VJx5CdH0lhhFx79wei8TmN3D7lp_1200

SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib

admin 30 Aprel 2026
20890f4d-d797-3ed0-ac4f-87a17f7123a8_1200

SOCAR-ın Qaz İxrac İdarəsi qeyri-neft ixracından gəlirini 22 %-ə yaxın artırıb

admin 30 Aprel 2026

XƏBƏR LENTİ

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 1607d7f8-44d6-3917-b862-3200ac354a5f_1200

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

30 Aprel 2026
“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir 8gdKcC1viCGxhVlpVIni5OJaf3d8EXiSoMV4P2vZ_1200

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026
“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

30 Aprel 2026
SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib WHB5k2dOq2US6VJx5CdH0lhhFx79wei8TmN3D7lp_1200

SOCAR-ın idarəsi 3 ayda qeyri-neft ixracından 35 milyon dollardan çox gəlir əldə edib

30 Aprel 2026
SOCAR-ın Qaz İxrac İdarəsi qeyri-neft ixracından gəlirini 22 %-ə yaxın artırıb 20890f4d-d797-3ed0-ac4f-87a17f7123a8_1200

SOCAR-ın Qaz İxrac İdarəsi qeyri-neft ixracından gəlirini 22 %-ə yaxın artırıb

30 Aprel 2026
“Azərpambıq” ixracdan üç ayda 12 milyon dollara yaxın gəlir əldə edib 32f84811-eee3-3090-9996-6401f1739e0d_1200

“Azərpambıq” ixracdan üç ayda 12 milyon dollara yaxın gəlir əldə edib

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.