Azərbaycanın “OPEC+”a töhfəsi dünyada çox yüksək qiymətləndirilir.
Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan “OPEC+” formatının məsuliyyətli iştirakçısı olaraq balanslaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır: “Vasitəçi və kompromis həllərin tapılmasına əhəmiyyətli səylər göstərən ölkə kimi “OPEC+” çərçivəsindəki fəaliyyətimiz yüksək qiymətləndirilir”.
Dövlət başçısı həmçinin qeyd edib ki, bu gün enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib:
“Azərbaycan bütün növ enerji resurslarını – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi istehsal və ixrac edir. Biz artan tələbatı və tədarük coğrafiyasının genişlənməsini nəzərə alaraq ixracı, xüsusilə təbii qaz və elektrik enerjisi ixracını artırmağı planlaşdırırıq. Bir il əvvəl görüşəndə Azərbaycan qazını idxal edən ölkələrin sayı 12-yə çatırdı. Bir il ərzində onların sayı 16-ya yüksəlib. Onların hamısı qazı boru kəmərləri vasitəsilə alırlar”.
Dövlət başçısı əlavə edib ki, boru kəməri ilə qaz tədarükünün coğrafiyasına görə Azərbaycan bu gün dünyada birinci yerdədir: “İxrac həcmləri artacaq və bu, bir çox ölkələrin enerji təhlükəsizliyi üçün mühüm amildir. Azərbaycan həmçinin beynəlxalq bazara neftin etibarlı tədarükçüsü kimi enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək”.
Paraqraf.com
![]()
