Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Hacıbəy Heydərli: “Blogerlər heç vaxt jurnalistləri əvəz edə bilməz”
CƏMİYYƏTMANŞET

Hacıbəy Heydərli: “Blogerlər heç vaxt jurnalistləri əvəz edə bilməz”

12 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Sosial şəbəkələrin sürətli inkişafı informasiya yayımında yeni bir mərhələ yaradıb. Bu gün bir çox bloger müxtəlif mövzularda paylaşımlar edərək geniş auditoriyaya təsir göstərir və bəzən gündəmi müəyyənləşdirə bilir. Bu isə ənənəvi medianın rolu ilə bağlı müzakirələri daha da artırır. Bəzi mütəxəssislər blogerlərin informasiyanın yayılmasında mühüm rol oynadığını desə də, digərləri jurnalistikanın peşəkar prinsiplərinin hələ də əvəzolunmaz olduğunu bildirir.

Media eksperti Hacıbəy Heydərli “Paraqraf.com”a bildirib ki, blogerlər heç vaxt jurnalistləri əvəz edə bilməz:

Hacıbəy Heydərli

“Çünki jurnalistika möhkəm kökləri və prinsipləri olan peşədir. Jurnalistika dünyanın hər yerində obyektiv və qərəzsiz məlumatlar çatdıran sahədir. Lakin blogerlik daha çox insanın öz şəxsi fikirləri olur. Bu baxımdan, blogerlik daha çox jurnalistikada olan köşə yazarları bölməsini əvəz edir. Amma jurnalistikanın müxtəlif sahələri var. Xüsusilə xəbər jurnalistikası dünyada ən aktualdır. Sosial şəbəkələrin inkişafı ilə blogerlərin daha geniş auditoriyası ola bilər. Media subyektləri və jurnalistlər sosial şəbəkələrdə aktiv olmalıdırlar. Jurnalistlər hər hansı blogerin yaydığı saxta məlumatın qarşısını almalıdır. Belə vəziyyətdə cəmiyyətin jurnalistlərə inamı artar”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran Müctəba Xameneyinin vurulduğunu ETİRAF ETDİ

Next

Eldəniz Cəfərov: “Metro xətlərinin genişlənməsi böyük və mürəkkəb prosesdir”

Copyright 2026— Praqraf.com. All rights reserved