Skip to content
13 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Ermənistan mediasında Qərbi Azərbaycan həqiqətləri: yalanlar və gerçəklər

Ermənistan mediasında Qərbi Azərbaycan həqiqətləri: yalanlar və gerçəklər

admin 12 Mart 2026 6 minutes read
69ac356f45f045.85445344
PAYLAŞIN:

Martın 7-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar  Mərkəzi, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Qərbi Azərbaycan mövzusunun araşdırılmasının və bu istiqamətdə obyektiv məlumatların ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb:
“Müxtəlif dövrlərdə Qərbi Azərbaycanla bağlı məlumatlar təhrif edilərək təqdim olunub və bu səbəbdən məsələyə hüquqi, eləcə də tarixi baxımdan yanaşmaq xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, mövzu ilə bağlı arxiv materiallarının, beynəlxalq sənədlərin və tarixi mənbələrin araşdırılması həqiqətlərin ortaya çıxarılmasına kömək edir”.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova mövzunun elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb:
“Ermənilər təkcə tarixi torpaqlarımıza deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxmağa cəhd göstəriblər. Onlar Azərbaycan xalqının zəngin mədəni irsinin tərkib hissəsi olan bir çox incəsənət nümunələrini, musiqi əsərlərini, xüsusilə də məşhur “Sarı gəlin” kimi xalq mahnılarını öz adlarına çıxarmağa çalışıblar. Eyni zamanda, Qərbi Azərbaycan mövzusu ilə bağlı erməni mənbələrində yayılan məlumatların böyük bir hissəsi saxtalaşdırılmış və təhrif olunmuş şəkildə təqdim edilir. Bu kimi iddiaların həqiqi mahiyyətini ortaya qoymaq üçün geniş, bir o qədər də dərin elmi araşdırmalar aparılmalı, müxtəlif tarixi və elmi mənbələr arasında müqayisəli təhlillər həyata keçirilməlidir. Belə yanaşma həm tarixi həqiqətlərin üzə çıxarılmasına, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunmasına xidmət edir”.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova çıxış edərək, erməni mənbələrində Qərbi Azərbaycanla bağlı yer alan məlumatların araşdırıldığını bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində erməni dilində yayımlanan materiallar tərcümə edilərək müqayisəli təhlil aparılıb:
“Saxtalaşdırılmış və təhrif olunmuş məlumatların üzə çıxarılması üçün dərin araşdırmalar aparmaq, faktları müqayisəli şəkildə təhlil etmək vacibdir. Əsədova əlavə edib ki, bu layihə gələcəkdə həyata keçiriləcək digər perspektivli təşəbbüslərin başlanğıcı hesab oluna bilər”.

Tədbirə ev sahibliyi edən, BAMF prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, Bakı tarixən beynəlmiləl şəhər kimi tanınıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində uzun illər anti-türk və anti-Azərbaycan ideologiyası təbliğ olunub:
“Azərbaycan ziyalıları tarix boyu bu ideoloji təzyiqlərlə üzləşib və Qərbi Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən layihələrin hazırlanması vacibdir. Habelə BAMF olaraq daima bu mövzuları prioritet hesab edib, işıqlandırmışıq”.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov isə nitqində vurğulayıb ki, Ermənistan mediasında Qərbi Azərbaycan mövzusunda yayılan məlumatların diqqətlə izlənilməsinin vacibdir. O bildirib ki, müxtəlif dövrlərdə bu ərazilərdən on minlərlə azərbaycanlı zorla köçürülüb və bu faktlar tarixi sənədlərlə təsdiqlənir. Qasımov əlavə edib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi beynəlxalq hüquq normaları çərçivəsində müzakirə olunur.

Qərbi Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev çıxış edərək tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və gənclərin ata-baba yurdlarının tarixini öyrənməsinin əhəmiyyətini qeyd edib.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti, layihə rəhbəri, baş tərcüməçi Həsən Əhmədov isə erməni mediasında Qərbi Azərbaycanla bağlı yayılan bəzi materialların təhrif olunduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırlanan təqdimatda həm Ermənistan iqtidarının, həm də müxalifətinin mövzuya yanaşması araşdırılıb.

Tədbirdə universitet tələbələri, Müvəkkil Hüquq Mərkəzi Könülüləri və gənc fəallar iştirak ediblər. Azərbaycan Dillər Universitetinin tələbləri, tarixçi-alim Məmməd Vəliyev, “Salam” Kənd İcmasının rəhbəri Anar Osmanov və “Bütöv Azərbaycan” qəzetinin təsisçisi, baş redaktoru Tamxil Ziyəddinoğlu çıxış edərək Qərbi Azərbaycan mövzusu ilə bağlı xatirələrini bölüşüb, belə bir məsələnin araşdırılmasının vacibliyini vurğulayıblar.

Tədbir zamanı Həsən Əhmədovun müəllifi olduğu, saxtalaşdırılmış materiallara dair videoçarx nümayiş olunub. Sonda xatirə fotosu çəkilib.

 

Paraqraf.com 

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: QHT AGENTLİYİ BU TƏŞKİLATLARA QRANT AYIRDI – TAM SİYAHI

OXŞAR MÖVZULAR

IMG-20260312-WA0019

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

admin 12 Mart 2026
IMG-20260312-WA0018

Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”

admin 12 Mart 2026
IMG-20260312-WA0006

Enerjidən siyasətə: “Avropa ilə Azərbaycanın münasibətləri yeni mərhələdə”

admin 12 Mart 2026

XƏBƏR LENTİ

Ermənistan mediasında Qərbi Azərbaycan həqiqətləri: yalanlar və gerçəklər 69ac356f45f045.85445344

Ermənistan mediasında Qərbi Azərbaycan həqiqətləri: yalanlar və gerçəklər

12 Mart 2026
QHT AGENTLİYİ BU TƏŞKİLATLARA QRANT AYIRDI – TAM SİYAHI a2540f45e4e348529f7ac77f6a4708d212032026073906392

QHT AGENTLİYİ BU TƏŞKİLATLARA QRANT AYIRDI – TAM SİYAHI

12 Mart 2026
Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb 0NpTdoYuf4s6L69uQHWumyPPNtTCzfjxI5i6mF94_1200

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

12 Mart 2026
Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb Yl37SZdiEh7AoIwISzreOA5NoTM4gEeJgJQcwUye_1200

Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb

12 Mart 2026
Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb DT69Uo0WSIIa4zKTAoOQvp5ObhS3DnOQFq1rbvp0_1200

Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb

12 Mart 2026
Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər” IMG-20260312-WA0019

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

12 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.