Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Şimali Koreya strateji qanadlı raketlər sınaqdan keçirib
DÜNYA

Şimali Koreya strateji qanadlı raketlər sınaqdan keçirib

11 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Koreya Xalq Demokratik Respublikası (KXDR) gəminin döyüş imkanlarının qiymətləndirilməsi üzrə davam edən sınaqlar çərçivəsində “Choe Hyon” esminesinin göyərtəsindən strateji qanadlı raketlərin sınaq buraxılışını həyata keçirib.

Paraqraf.com xəbər verir ki, bu barədə CTAK məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen İn buraxılışı videobağlantı vasitəsilə izləyib.

“Buraxılan qanadlı raketlər Koreya Qərb dənizi (Sarı dəniz – red.) üzərində müəyyən edilmiş trayektoriya ilə 10 116 – 10 138 saniyə ərzində uçaraq ayrı-ayrı hədəfləri vurub”, – materialda qeyd olunub.

Kim Çen İn strateji silahların komandanlığının dövlət inteqrasiya sisteminin etibarlılığının və gəminin inteqrasiya olunmuş döyüş sisteminin üstünlüyünün təsdiqlənməsindən böyük məmnunluq ifadə edib. KXDR lideri, eyni zamanda, praktik zərurət və ölkənin reallıqları baxımından gəmi silah sistemlərinin kompozisiyasına yenidən baxılması barədə göstəriş verib. Xüsusilə o qeyd edib ki, düşmən donanmasına qarşı əməliyyat imkanlarını artırmaq üçün su tutumu 5 və 8 min ton olan döyüş gəmilərində göyərtə artilleriya qurğuları əvəzinə, əlavə olaraq səsdən sürətli raketlər quraşdırmaq lazımdır.

Kim Çen İn həmçinin vurğulayıb ki, dövlətin nüvə silahlı qüvvələri çoxtərəfli tətbiq mərhələsinə keçib, son vaxtlar isə KXDR-də strateji və taktiki zərbə vasitələrinin işlənib hazırlanması və tətbiqi sahəsində mühüm praktik uğurlar əldə edilib. Bütün bunlar ölkənin özünümüdafiəsinin zəruri elementlərinin bir hissəsidir.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

KİV: ABŞ-nin Bağdaddakı diplomatik binasına dron hücumu olub

Next

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved