Skip to content
11 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 11
  • Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb

Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb

admin 11 Mart 2026 2 minutes read
gu8jsgdTgnxt8fl41WeLAPDAljIyuDqHl5CocAwl_1200
PAYLAŞIN:

Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb.

Paraqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, o, xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi “Chcplay1”, “Fastloto365” və “Fastlotoclub” adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə edib, bu məqsədlə virtual kassa sistemi qurub.

N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı “Perfectkazino” adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.

Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyən edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Keçən il Azərbaycanda 1 445 azçəkili körpə doğulub
Next: Azərbaycan nefti 13 dollara yaxın ucuzlaşıb

OXŞAR MÖVZULAR

pofiFG8rkNi3QJVBWlU0bGS5oPEwhc1haAwC6VrR_1200

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

admin 11 Mart 2026
Ii8mE3wz3svbBNKrv0HFblPIsNuyPt2RyCHY6J6R_1200

Salyanda avtomobil aşıb, ölən və yaralanan var

admin 11 Mart 2026
t3cq5wQO79Sg2UEhjFwtEIZXqlW4sb5FEheCn9Pg_1200

Keçən il Azərbaycanda 1 445 azçəkili körpə doğulub

admin 11 Mart 2026

XƏBƏR LENTİ

Zelenski İrana qarşı hərbi əməliyyatların payıza qədər davam edəcəyini proqnozlaşdırıb N0Zq6Xla1UFd80BVzRSAqEBe13gf30cNBnQPKHAY_1200

Zelenski İrana qarşı hərbi əməliyyatların payıza qədər davam edəcəyini proqnozlaşdırıb

11 Mart 2026
“Liverpul” “Real”ın müdafiəçisi Din Heysen üçün 70 milyon avro təklif etməyə hazırdır AHMgJNGUPVnOolyY8PW2ePfrO4zSoSbuujQe5hC7_1200

“Liverpul” “Real”ın müdafiəçisi Din Heysen üçün 70 milyon avro təklif etməyə hazırdır

11 Mart 2026
Rusiya Xarkov və Xersona zərbələr endirib, ölən və xəsarət alanlar var JPDS6XTeHG0FUJDUgqLzLRTGxQuEFk8k3a3Dg4fx_1200 (1)

Rusiya Xarkov və Xersona zərbələr endirib, ölən və xəsarət alanlar var

11 Mart 2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turu başlayır j1tgnKKrOzgjUo07TZYZrKFvik6yiKS3OuFa6dFY_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turu başlayır

11 Mart 2026
Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb pofiFG8rkNi3QJVBWlU0bGS5oPEwhc1haAwC6VrR_1200

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

11 Mart 2026
Şimali Koreya strateji qanadlı raketlər sınaqdan keçirib ZopOEly7MHsBuWJgLMqshwxadnM3ydEpWuA0S2XH_1200

Şimali Koreya strateji qanadlı raketlər sınaqdan keçirib

11 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.