Skip to content
11 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 11
  • Keçən il Azərbaycanda 1 445 azçəkili körpə doğulub

Keçən il Azərbaycanda 1 445 azçəkili körpə doğulub

admin 11 Mart 2026 2 minutes read
t3cq5wQO79Sg2UEhjFwtEIZXqlW4sb5FEheCn9Pg_1200
PAYLAŞIN:

Keçən il Azərbaycanda 1 445 azçəkili körpə doğulub.

Paraqraf.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılıb, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə alıb. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilib.

Bildirilib ki, vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır. Onlar çox vaxt az çəki ilə doğulurlar.

Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Son iki ayda gecikdirilmiş 108 min manatdan çox vəsait işçilərə ödənilib
Next: Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb

OXŞAR MÖVZULAR

pofiFG8rkNi3QJVBWlU0bGS5oPEwhc1haAwC6VrR_1200

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

admin 11 Mart 2026
Ii8mE3wz3svbBNKrv0HFblPIsNuyPt2RyCHY6J6R_1200

Salyanda avtomobil aşıb, ölən və yaralanan var

admin 11 Mart 2026
gu8jsgdTgnxt8fl41WeLAPDAljIyuDqHl5CocAwl_1200

Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb

admin 11 Mart 2026

XƏBƏR LENTİ

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək cc7d4fc3-e4ab-3156-abd2-0a62fecbbed4_1200 (1)

Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək

11 Mart 2026
Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib NKByTjjXxR3NHkxnUohUCdWHxTrc11AZItvfZsne_1200

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib

11 Mart 2026
Tehrana növbəti dəfə aviazərbələr endirilib yxlbFTzLtfZ44teJKMmLg0TxXEUS8S8xriFyzPUx_1200

Tehrana növbəti dəfə aviazərbələr endirilib

11 Mart 2026
Antonio Koşta: Azərbaycan Aİ üçün əsas tərəfdaşdır f2B1YREZRS44qRJtyIPFPXC7veRg3zv6gEHKlYl1_1200

Antonio Koşta: Azərbaycan Aİ üçün əsas tərəfdaşdır

11 Mart 2026
Livanın Səhiyyə Nazirliyi: İsrail zərbələrinin qurbanlarının sayı 570 nəfərə çatıb ghojrvOBl3Jkodh2h61ofNtTyjY4qkxwARWzA9KA_1200

Livanın Səhiyyə Nazirliyi: İsrail zərbələrinin qurbanlarının sayı 570 nəfərə çatıb

11 Mart 2026
Çin Azərbaycanın minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini genişləndirməyə hazırdır Btw0L4DoZCueVFtZarX1GSbgM2GaGTe7KOmF4LNV_1200

Çin Azərbaycanın minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini genişləndirməyə hazırdır

11 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.