Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 11
  • Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək

Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək

admin 11 Mart 2026 2 minutes read
BQ2KU8nenClzNaEqOXYMz3uxjo1LV4phzoCfGbRO_1200
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 mart 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Bu barədə Paraqraf.com-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il fevralın 10-dan martın 1-dək aparılıb və bu müddət ərzində 1689 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi“ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 zal admini, 112 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sabah 13 dərəcə isti olacaq – PROQNOZ
Next: Xocavənddə əmək yarmarkası keçiriləcək

OXŞAR MÖVZULAR

EAoqkLMlTEZ7LLQdu52mRjNuCDIG0j2E9JXQk3tD_1200

Həftəsonu 21-i əcnəbi olmaqla 1702 namizəd rezidentura imtahanı verəcək

admin 30 Aprel 2026
1777030768.1657106767_azedu.az_1652971531_muellimler_imtahan_180718_153

Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

admin 29 Aprel 2026
ujwOcSo4VLTIxYtIzXB2JEYWS2ZV7UH5V8Ss5RoI_1200

NDU Çinin daha bir universiteti ilə çoxşaxəli əməkdaşlığa başlayır

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib 5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

30 Aprel 2026
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026
Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

30 Aprel 2026
Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 1607d7f8-44d6-3917-b862-3200ac354a5f_1200

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

30 Aprel 2026
“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir 8gdKcC1viCGxhVlpVIni5OJaf3d8EXiSoMV4P2vZ_1200

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026
“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.