Ötən il Azərbaycandan xaricə 1,7 milyon ABŞ dolları dəyərində 974,4 ton marqarin (maye marqarindən başqa) göndərilib.
Paraqraf.com-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 28 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18 % az) 889 ton (-28 %) və Qazaxıstana 3,89 min ABŞ dolları dəyərində 2,11 ton məhsul satıb.
Azərbaycan 8 il 8 aylıq fasilənin ardından Qazaxıstana marqarin tədarükünü bərpa edib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
