Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 10
  • SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün şərt qoyub

SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün şərt qoyub

admin 10 Mart 2026 2 minutes read
LYWYVxuwBQQlLisGibQbqcsvPkFzI2CEJ6Jc7WRp_1200
PAYLAŞIN:

İsrail və ABŞ səfirlərini ölkədən qovan istənilən Körfəz və ya Avropa dövləti Hörmüz boğazından keçə biləcək.

Paraqraf.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Hərbçilər bildirib ki, şərti yerinə yetirən ölkələrin gəmiləri bir gün boğazdan keçə biləcək.

Hörmüz boğazı dünya iqtisadiyyatı baxımından son dərəcə mühüm strateji rol oynayır. Belə ki, qlobal neft istehlakının təqribən 20 %-i, Fars Körfəzi dövlətlərindən mayeləşdirilmiş təbii qaz (LNG) ixracatının 30 %-i, Avropa qitəsinin aviasiya yanacağı idxalatının yaxınlaşıq 40 %-i, dizel yanacağının isə 10 %-dən artıq hissəsi, Asiyanın gündəlik neft idxalatının 2 milyon bareli məhz bu boğazdan keçir.

İraqın ümumi neft ixracatının 97 %-i, Səudiyyə Ərəbistanının 89 %-i, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 66 %-i, eləcə də İran, Küveyt və Qətərin qlobal bazarlara yönəldilən bütün nefti bu boğaz vasitəsilə nəql olunur. Yaxın Şərq regionundan neft ixracatı əsasən bu dəniz keçidindən həyata keçirildiyinə görə, ixracın alternativ istiqamətlərə yönləndirilməsi imkanları olduqca məhduddur.

Səudiyyə Ərəbistanı və BƏƏ müəyyən məhdud həcmləri şərq-qərb boru kəməri, həmçinin Əbu-Dabi boru kəmərləri vasitəsilə başqa marşrutlara yönləndirə bilər, ancaq bu alternativ yollar adi axınların yalnız kiçik bir hissəsini əvəz edə bilir. Nəticədə sutkada faktiki olaraq 8-10 milyon barel xam neft bazardan kənarlaşır.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ Prezidenti Kubaya xəbərdarlıq edib
Next: Niderland Aralıq dənizinə freqat göndərir

OXŞAR MÖVZULAR

cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

admin 24 Aprel 2026
ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

admin 24 Aprel 2026
fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!” b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

24 Aprel 2026
Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır 7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

24 Aprel 2026
Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.