Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Eldəniz Cəfərov: “Bu ilin sonuna qədər paytaxtda köhnə avtobus qalmayacaq”
MANŞETÖZƏL

Eldəniz Cəfərov: “Bu ilin sonuna qədər paytaxtda köhnə avtobus qalmayacaq”

10 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Son dövrlər şəhərlərdə müasir standartlara cavab verən sərnişin avtobuslarının xəttə buraxılması və onların sayının artırılması istiqamətində mühüm addımlar atılır. Artıq bir çox ərazilərdə köhnə avtobusların istifadəsi mərhələli şəkildə dayandırılır və onların yerini yeni, rahat və ekoloji tələblərə cavab verən avtobuslar tutur.

Maraqlı məqamlardan biri də budur ki, ölkədə müasir standartlara cavab verən avtobuslarla təminat tam başa çatdıqdan sonra köhnə avtobusların taleyi necə olacaq?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Paraqraf.com”a bildirib ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən avtobuslar üçün xüsusi standartlar tətbiq olunur.

Ekspertin sözlərinə görə, bu standartlara əsasən avtobuslar yeni və ekoloji cəhətdən təmiz olmalıdır:

“Bu tələblər ondan ibarətdir ki, avtobuslar yeni və ekoloji cəhətdən təmiz olmalıdırlar. Bu proseslər sürətlənib. Hazırda Bakıda 2300-dən çox avtobus var. Ümumi isə keyfiyyəti qaldırmaq üçün 2800 avtobusa ehtiyac var. Bu prosesə dövlətlə yanaşı, özəl şirkətlər də müasir standartlara cavab verən avtobuslar alırlar”.

Ekspert qeyd edib ki, yaxın aylarda paytaxtda köhnə avtobusların istifadəsinə tam son qoyula bilər:

“Bu ilin sonuna qədər paytaxtda köhnə avtobuslar qalmayacaq. Çünki elektrik mühərrikli avtobuslar artıq Bakıda da istehsal olunur. Bakı şəhərindən kənarlaşdırılan avtobuslar bölgələrdə istifadə oluna bilər. Daha sonra isə həmin avtobuslar həmin bölgələrdən də dövriyyədən çıxarılıb yeni avtobuslarla əvəz oluna bilər”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elman Cəfərli: “Su anbarlarının vurulması müharibə deyil, ekoloji cinayətdir”

Next

Züriyyə Qarayeva: “İranda real hakimiyyət prezidentdə deyil”

Copyright 2026— Praqraf.com. All rights reserved