Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
Paraqraf.com-un məlumatına görə, çempionatın ilk günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70), Səbuhi Əmiraslanov (79) və Zəfər Əliyev (97 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
![]()
Visited 3 times, 3 visit(s) today
