Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib.
Paraqraf.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Əminəm ki, Siz atanızın (Əli Xamenei – red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz”, – Putin qeyd edib.
O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır.
Xatırladaq ki, bu gün Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunduğu elan edilib. O, bu vəzifədə fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
