Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 9
  • Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

admin 09 Mart 2026 4 minutes read
IMG_4756
PAYLAŞIN:

“Gazelli Art House”da “Her Art in Action” festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.

Paraqraf.com xəbər verir ki, festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və “Gazelli Art House” Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib.

Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, “Her Art in Action”, VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına, eləcə də Azərbaycanın beynəlxalq mədəni iştirakının gücləndirilməsinə həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

Qeyd olunub ki, üç il ardıcıl keçirilən “Her Art in Action” regionda qadınların yaradıcılığına və millətlərarası mübadiləyə həsr olunmuş nadir festival kimi çıxış edir. Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Gürcüstan, Misir, həmçinin Balkan bölgəsi, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir.

“Mənzərəyə açılan ev” mövzusu isə evi sabit məkan kimi deyil, qadın təcrübəsi ilə formalaşan dəyişkən bir vəziyyət kimi nəzərdən keçirir. Gündəlik məişət hüdudlarından çıxaraq, mövzu qadınların ictimai və şəxsi həyat, göz önündə olma və təklik, aidiyyət və müqavimət arasındakı gərginlikdə məkanı necə yaratdığını, müəyyən etdiyini, mübarizə apardığını və geri qaytardığını araşdırır.

Tədbir çərçivəsində, şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib.

Həmçinin sərgi iştirakçıları öz əl işlərindən Leyla Əliyevaya hədiyyə ediblər.

Sonda Leyla Əliyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

Festivalın builki buraxılışının kuratoru, multimedia rəssamı Sitara İbrahimbəyli martın 8-də keçirilən ilk sərgisinin açılışında 27 yerli və xarici rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib: “Üçüncü ildir ki, martın 8-də festivalın açılışını edirik. Ümumi üç açılış olacaq. Apreldə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin (Bilgəh) şagirdlərinin tanınmış müasir rəssamlarla dialoq əsasında yaradılan birgə sərgisi təşkil olunacaq. Üçüncü layihə isə İçərişəhərdə keçiriləcək və açıq havada fotoqrafiya gecəsi olacaq. Ümumilikdə üç ay ərzində 50-dən çox rəssamın əl işi sərgilənəcək”.

Müstəqil rəssam Kafiyə Eyvazova builki festivala “Pəncərədən baxış” əsəri ilə qatılıb. “Üç ildir festivala qatılıram və ilk dəfədir ki, xalça texnikasında iş təqdim edirəm. Əsər xovlu xalça texnikasında toxunub və insanları ailə strukturunu sorğulamağa dəvət edir. Burada kişi motivləri qadın motivlərini sanki qoruyurmuş kimi görünsə də, onu məhdudlaşdırır. Getdikcə qadının üz cizgiləri yox olur. Çünki məhdudiyyət insanın şəxsiyyətini arxa plana salır və görünməz edir. Əsər cəmiyyətimizə qadınlara dəyər verməyi, onları dinləməyi və azadlığını məhdudlaşdırmamağı tövsiyə edir”.

Festivala mayın 31-də yekun vurulacaq.

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb
Next: İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.