Bu ilin yanvar ayında Azərbaycan 10 milyon 414,46 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 % azdır.
Hesabat dövründə Azərbaycandan həmçinin 1 milyon 525,33 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 74 % çoxdur.
Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,8 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,07%-ni təşkil edib.
Xatırladaq ki, yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.
Paraqraf.com
![]()
