Avropa birjalarında təbii qazın qiyməti hərracların açılışında 1 000 kubmetr üçün təxminən 820 ABŞ dollarına və ya 1 MVt/saat üçün 68,635 avroya qədər artıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, Niderlanddakı TTF habında təbii qaz üzrə aprel fyuçersinin qiyməti 2023-cü ilin yanvarından bəri ilk dəfə 800 ABŞ dollarını ötüb. Günün əvvəlindən kotirovkaların artımı 30 % təşkil edib.
Avropada təbii qazın qiymətləri ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı ilə əlaqədar fevralın 28-dən etibarən artmağa başlayıb.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
