ABŞ prezidenti Donald Trump bildirib ki, İranın növbəti ali liderinin müəyyənləşdirilməsi prosesində iştirak etmək istəyir.
Paraqraf.com-un məlumatına görə, o, bu barədə Axios nəşrinə verdiyi müsahibədə danışıb.
Trampın sözlərinə görə, İranın gələcək ali liderinin seçilməsi məsələsi regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır və bu prosesdə şəxsən iştirak etməyi vacib hesab edir. O qeyd edib ki, buna bənzər yanaşmanı əvvəllər Venesuela ilə bağlı siyasi proseslərdə də tətbiq edib.
ABŞ prezidenti həmçinin bildirib ki, öldürülmüş İranın ali lideri Əli Xamenei-nin oğlu Müctəba Xamenei hazırda mümkün varislərdən biri hesab olunur. Lakin Tramp belə bir ssenarinin qəbuledilməz olduğunu vurğulayıb və Müctəba Xameneini “əhəmiyyətsiz fiqur” adlandırıb.
“Biz İran üçün harmoniya və sülh gətirəcək birini görmək istəyirik”, – deyə ABŞ lideri qeyd edib.
Həsən
Paraqraf.com
![]()
