Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Körfəzdə 3 trilyon dollarlıq risk: ABŞ investisiyaları və İranın hərbi realıqları
MANŞETSİYASƏT

Körfəzdə 3 trilyon dollarlıq risk: ABŞ investisiyaları və İranın hərbi realıqları

08 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Keçən ilin sonunda Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ABŞ prezidenti Donald Trampa iqtisadi əməkdaşlıq çərçivəsində ABŞ iqtisadiyyatına 3 trilyon dollardan çox investisiya yatırmaq niyyətlərini bəyan etmişdilər. O vaxt Tramp bunu böyük diplomatik və iqtisadi uğur kimi təqdim etmiş, fəxrlə mətbuata açıqlamalar vermişdi.

Lakin regionda müharibə başlayandan sonra vəziyyət tamamilə dəyişdi. İranın zərbələri nəticəsində Fars körfəzində yerləşən bir sıra strateji obyektlər ciddi zərər aldı. Bu, Körfəz ölkələri üçün yalnız maddi itki deyil, həm də geosiyasi risklərin reallaşması deməkdir.

Diqqət çəkən məqam isə odur ki, ABŞ regionda iri hərbi bazalara və müasir raketdən müdafiə sistemlərinə sahib olmasına baxmayaraq, bu ölkələrin ərazilərini İranın zərbələrindən tam şəkildə qoruya bilmədi. Bu fakt, uzun illərdir ki, ABŞ-ın regiondakı müdafiə və təsir gücünü yüksək qiymətləndirməkdə olan analitikləri də təəccübləndirdi.

İndi məlumatlara görə, Körfəz ölkələrində həmin 3 trilyon dollarlıq investisiya vədlərinin yenidən nəzərdən keçirilməsi müzakirə olunur. Böyük ehtimalla, ABŞ iqtisadiyyatı həmin vəsaiti görməyəcək. Bunu yalnız İranın hərbi addımları ilə izah etmək yetərli deyil. Məsələ həm də odur ki, ABŞ regionda bir sıra ultrasionist dairələrin təsiri altında müharibəyə sürüklənmiş, lakin həmin dairələrdən öz maraqlarına uyğun heç bir iqtisadi fayda əldə edə bilməmişdir. Uzun illərdir ki, ABŞ İsrailə on milyardlarla dollarlarla əvəzsiz yardım edir, amma bu, regiondakı riskləri azalda bilmir.

Bu vəziyyət göstərir ki, geosiyasi qərarların qiyməti bəzən inanılmaz dərəcədə yüksək olur. Diplomatiya, iqtisadi əməkdaşlıq və hərbi güc birlikdə işləmədikdə, ən böyük investisiya və planlar belə ciddi risklərə məruz qala bilər. Körfəzdəki son hadisələr bir daha sübut edir ki, geosiyasi oyunlarda sadəcə planlaşdırma kifayət etmir, real təhlükələr və regiondakı aktorların davranışları da hərəkət planını dəyişə bilər.

Fuad Arifoğlu

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İranda hərbi çevriliş ehtimalı: SEPAH hakimiyyətə gələ bilərmi?

Next

Ermənistan dəmir yollarını Rusiyadan alır: Azərbaycana verəcək?

Copyright 2026— Praqraf.com. All rights reserved