Skip to content
09 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 8
  • İran savaşı Qafqaza keçə bilərmi? Bakı və İrəvanın ortaq marağı

İran savaşı Qafqaza keçə bilərmi? Bakı və İrəvanın ortaq marağı

admin 08 Mart 2026 5 minutes read
17727966969564614169aabb18e2d78
PAYLAŞIN:

Azərbaycan və Ermənistan İranda baş verən müharibənin Cənubİ Qafqaza yayılması təhlükəsinin qarşısını almaq üçün koordinasiyalı fəaliyyət göstərə bilər. 

Martın 5-də hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqları belə deməyə əsas verir.  Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan telefon söhbəti zamanı regiondakı son hadisələr barədə fikir mübadiləsi aparıblar. Tərəflər yaranmış vəziyyətdən narahatlıqlarını ifadə ediblər və gərginliyin daha da artmasına yönəlmiş hərəkətlərdən çəkinməyin vacibliyini bildiriblər.

Nazirlər sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında davamlı sülhün vacibliyini qeyd ediblər.

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumundan bir neçə saat sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında telefon danışığının baş tutması tərəflərin bölgədə formaslaşmaqda olan sülhə və sabitliyə yaranmış təhlükədən narahat olduğunu göstərir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hələ imzalanmadığını nəzərə alsaq, regionda yaranmış sabitlik kifayət qədər kövrəkdir. Bəzi ölkələr, o cümlədən İran Azərbaycanla Ermənistan arasında yaxın aylarda imzalanması gözlənilən sülhün reallaşmasında və Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyil.

Rəsmi Tehran Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etmək istəməyib. Ona görə də İran tərəfi, daha dəqiq desək, İslam İnqilabı Keşikçiləri Korpusu yaranmış vəziyyətdən  istifadə edərək müharibənin əhatə dairəsinin Azərbaycan və Ermənistan ərazisinə keçməsinə çalışır. Burada bir neçə məqsəd var.

İlk növbədə, İran rejimi hibrid müharibə meydanına çevirmək və Azərbaycan-Ermənistan  sülh prosesini pozmaq niyyəti güdür. İkincisi, İran Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasına mane olmaq istəyir. Bu təxribatın əsas hədəflərindən biri Zəngəur dəhlizinin açılmasının qarşısını almaqdır.

Xüsusilə, ABŞ Prezidenti Donald Trampın adını daşıyan bir maşrutun işə düşməsi hazıkı hadisələr fonunda İran üçün qəbuledilməzdir. Ona görə də İran tərəfi hərbi vasitələrdən, terror aktlarından istifadə etməklə bölgəni qarışdırmağa və “Tramp marşrutu”nun reallaşmasına əngəl yaratmağa səy göstərir.

Bu hadisələr İranın Zəngəzur dəhlizini hələ də özünün “qırmızı xətt”i hesab etdiyini deməyə əsas verir. Bir çoxları üçün bu gün qeyri-real görünən üçüncü səbəb isə İranın Zəngəzura olan ərazi iddiası ilə bağlıdır.

Rəsmi Tehran Qərbi Zəngəzura qoşun və ya proksi qüvvələr yeritməklə kommunikasiyaların açılmasına mane olmaq, eyni zamanda şimal sərhədlərində bufer zona yaratmaqla Ermənistandan gözlənilən ABŞ kəşfiyyat-diversiya fəaliyyətinin qarşısını almağa çalışır. Bu, paralel olaraq, Ermənistanın Azərbaycanla şərti sərhədində də qeyri-sabitlik yaratmağa imkan verir.

Yəni İran sözügedən yolla Azərbaycana qarşı təzyiq aləti əldə etmək niyyətindədir. Təbii ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir və bu baxımdan, Moskva üçüncü ölkənin hər hansı müdaxiləsinə imkan verməz. Ancaq görünür, İran son günlər baş verən müharibəni Cənubi Qafqaza transfer etməklə öz planlarını həyata keçirmək üçün şərait formalaşdırmaq istəyir.

Növbəti mərhələdə isə İran şimal sərhədlərinin mühafizəsi adı altında həm Azərbaycana, həm də Ermənistana qarşı hərbi təcavüz xarakterli addımlar ata bilər. Bu baxımdan, mümkün təhlükənin qarşısını almaq üçün Azərbaycanın və Ermənistanın koordinasiyalı şəkildə preventiv addımlar atması zərurətə çevrilib.

Tərəflər bir-birini gözlənilən təhlükəli risqlərlə bağlı məlumatlandıra, şərti sərhəddə təxribatların baş verməməsi üçün razılaşdırılmış addımlar ata, “Tramp marşrutu”nun keçdiyi ərazilərdə yol infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üçün hətta kəşfiyyat xarakterli informasiya mübadiləsi  apara bilər.

Müşfiq Abdulla 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Müharibə fonunda Bakının mesajı: “Sülh və sabitlik”
Next: Milli Şuranın xəyanətlə dolu keçmişi: Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli fakt qarşısında

OXŞAR MÖVZULAR

IMG_4759

Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub

admin 09 Mart 2026
IMG_4757

İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub

admin 09 Mart 2026
IMG_4756

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

admin 09 Mart 2026

XƏBƏR LENTİ

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq IMG_4761

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq

09 Mart 2026
Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb IMG_4760

Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb

09 Mart 2026
Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub IMG_4759

Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub

09 Mart 2026
Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb IMG_4758

Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb

09 Mart 2026
İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub IMG_4757

İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub

09 Mart 2026
Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib IMG_4756

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

09 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.