Skip to content
09 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 8
  • “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti təqdim edilib – VİDEO

“Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti təqdim edilib – VİDEO

admin 08 Mart 2026 4 minutes read
1772892544163922559869ac318003698
PAYLAŞIN:

Bakı Apellyasiya Məhkəməsində “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Paraqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, dərs vəsaiti Azərbaycanda ədalət mühakiməsinin bir sıra nəzəri və praktiki aspektlərinə həsr edilib.

Onun məzmununda ədalət mühakiməsinin anlayışı, müasir məhkəmə-hüquq islahatları, ədalət mühakiməsində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin perspektivləri, əsas müddəalar, ədalətli məhkəmə araşdırması hüququna dair ümumi və xüsusi institusional və prosessual təminatlar, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və ədalət mühakiməsinin iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyəti istiqamətləri, həmçinin ədalət mühakiməsinin etik aspektləri tələbələrin asan anlaya biləcəyi tərzdə izah edilib.

Vəsaitdən tələbələrlə yanaşı, hakimlər, vəkillər, hüquq-mühafizə orqanları əməkdaşları, elmi tədqiqatçılar və ədalət mühakiməsi ilə maraqlanan digər şəxslər də istifadə edə bilərlər.

Kitabın təqdimatında çıxış edən Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Kərəm Mansurov bildirib ki, istənilən dövlətin gücü təkcə siyasi, iqtisadi imkanlardan deyil, eyni zamanda, ədalət mühakiməsinə olan inamdan asılıdır. Son illərdə cəmiyyətdə ədalət mühakiməsinə olan etibar artmaqdadır. O, “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin həm akademik, həm də praktik vəsait olduğunu diqqətə çatdırıb: “Təqdim olunan dərs vəsaitinin üstün cəhətlərindən biri də odur ki, burada ədalət mühakiməsinin nəzəri əsasları ilə yanaşı, müasir məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və yeni texnologiyaların məhkəmə sistemində tətbiqi kimi aktual məsələlər də geniş şəkildə təhlil olunub. Bu isə kitabın həm akademik, həm də praktik baxımdan əhəmiyyətini artırır. Əminəm ki, bu dərs vəsaiti hüquq fakültəsinin tələbələri və magistrantları üçün, eləcə də hakimlər və hüquqşünaslar üçün faydalı elmi mənbə olacaq və hüquqi düşüncənin inkişafına mühüm töhfə verəcək”.

Dərs vəsaitinin müəllifi, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova vəsaitin yeddi fəsildən ibarət olduğunu diqqətə çatdırıb. O, çıxışında hakimiyyət qollarının bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini, bütün hallarda qanunun aliliyinə riayət edilməli olduğunu vurğulayıb.

Kitabın müəlliflərindən olan hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov çıxışında dərs vəsaitində müzakirələrə açıq məsələlərin olduğunu qeyd edib. Vəsaitdə hakimlərin peşə bayramının təsis olunması və Konstitusiyada Məhkəmə-Hüquq Şurasının konstitusion statusda təsbit edilməsi təklif olunub.

Kitabın digər müəlliflərindən olan Ayxan Rüstəmzadə alimlərlə istehsalat sahəsinin birgə fəaliyyətinin vacibliyindən söz açıb. Qeyd edib ki, ədalət mühakiməsi olan yerdə dövlət qüdrətli olacaq.

 

 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
Next: Yollarda görünüş məhdudlaşacaq

OXŞAR MÖVZULAR

IMG_4746

Sabah Bakıda hava yağmursuz keçəcək

admin 09 Mart 2026
IMG_4737

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib

admin 09 Mart 2026
Снимок экрана 2026-03-08 213704

Həmid Herisçi və İlhamiyyə Rıza vəzifədən uzaqlaşdırılıb

admin 08 Mart 2026

XƏBƏR LENTİ

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq IMG_4761

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq

09 Mart 2026
Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb IMG_4760

Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb

09 Mart 2026
Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub IMG_4759

Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub

09 Mart 2026
Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb IMG_4758

Baş İdarə əməliyyat keçirib, 4 nəfərdən 43 kq narkotik vasitə götürülüb

09 Mart 2026
İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub IMG_4757

İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub

09 Mart 2026
Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib IMG_4756

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

09 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.