Salyanda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.
Paraqraf.com xəbər verir ki, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkarlanıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
