Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Ukraynaya 29 raket və 480 dron atıb, ölənlər var
DÜNYA

Rusiya Ukraynaya 29 raket və 480 dron atıb, ölənlər var

07 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Ukraynanın Xarkov vilayətində bu gecə Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 nəfər ölüb və 10-dan çox insan yaralanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində məlumat yayıb.

“Təəssüf ki, hazırda 7 nəfərin öldüyü məlumdur. Aralarında uşaqlar da olmaqla 10-dan çox insan yaralanıb. Dağıntılar altında insanlar qalmış ola bilər. Xilasetmə əməliyyatının aparılması üçün hadisə yerində bütün lazımi xidmətlər işləyir”, – o yazıb.

Zelenski əlavə edib ki, Ukraynaya hücum zamanı 29 raketdən (onların, demək olar ki, yarısı ballistik), həmçinin əksəriyyəti “Shahed” olan 480 pilotsuz uçuş aparatından istifadə edilib.

“Hücumların hədəfi Kiyev, Xmelnitski və Çernovtsı vilayətlərindəki enerji infrastrukturu, həmçinin Jitomir vilayətindəki dəmir yolu olub. Dnepropetrovsk, Zaporojye, Vinnitsa, Odessa, Poltava, Sumı və Çerkassı vilayətlərində dağıntıların olduğu bildirilir”, – o qeyd edib.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja isə öz növbəsində vilayətə hücum nəticəsində bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah hava yağıntılı olacaq – PROQNOZ

Next

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved