Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”
CƏMİYYƏT

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

07 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Millət vəkili Ceyhun Məmmədov gənclərə ünvanladığı tövsiyələrini yenidən bölüşərək, dürüstlük, vicdan və mənəvi dəyərlərin həyatdakı əhəmiyyətinə diqqət çəkib. O, bildirib ki, insan hər zaman əməllərinə görə məsuliyyət daşıdığını unutmamalı və həyatını doğru prinsiplər üzərində qurmalıdır.

Paraqraf.com millət vəklinin gənclərə tövsiyələrini təqdim edir:

  1. “Məndən ötdü, kimə dəyir, dəysin” düşüncəsi ilə yaşayanlardan olmayın. Bilin ki, sizdən ötən bir gün sizə də dəyəcək.

  2. “Dünyanı düzəltmək sənə qalmayıb”, “Palaza bürün, elnən sürün” deyənlərə fikir verməyin. Bəzən bir insan bütün dünyanı düzəldə, ya da məhv edə bilər.

  3. “Dünya beş günlükdür, nə qədər ki, varsan kef elə” deyənlərə qulaq asmayın. Dünya müvəqqəti olsa da, hesabı çox ağırdır. Çalışın, daha çox yaxşı əməl sahibi olun.

  4. Bir gün hər kəsin əkdiyini biçəcəyini unutmayın. Ona görə nə isə əkəndə baxın, nə əkirsiniz. Sonrakı peşmançılıq fayda verməyəcək.

  5. Yaşadığımız dünyanın müvəqqəti olduğunu unutmayın. Hələ heç kim bu dünyadan o dünyaya əməldən başqa heç nə aparmayıb.

  6. Hansı vəziyyətdə və şəraitdə olmağınızdan asılı olmayaraq prinsip və dəyərlərinizə hər zaman sadiq olun.

  7. Hər zaman dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən birinin dürüstlük və səmimilik olduğunu unutmayın.

  8. Heç zaman Allahı unutmayın. Allahın qəzəbinə səbəb olacaq əməllərdən daima uzaq olun.

  9. Bütün işlərinizi vicdanla və insafla görün. Heç zaman işinizə və vicdanınıza xəyanət etməyin.

  10. Heç zaman pisliyə pisliklə cavab verməyin. Hər kəsin bir gün etdiyi yaxşı və pis əməllərin cavabını alacağını unutmayın.

 

Aytac

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

Next

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

Copyright 2026— Praqraf.com. All rights reserved