Ötən il Azərbaycandan xaricə 5 milyon ABŞ dolları dəyərində 7 min 91 ton pambıq yağı göndərilib.
Paraqraf.com-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 57 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 2,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,1 dəfə çox) 4 min 225 ton (+82 %), Tacikistana 1,6 milyon ABŞ dolları dəyərində (+65 %) 2 min 90 ton (+35 %), Qırğızıstana 272 min ABŞ dolları dəyərində (+11 dəfə) 183 ton (+10 dəfə), Özbəkistana 174 min ABŞ dolları dəyərində (+4 dəfə) 260 ton (+4 dəfə), Əfqanıstana 151,4 min ABŞ dolları dəyərində 174 ton məhsul ixrac edib.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Əfqanıstana tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 4,5 min ton pambıq yağının 52 %-i Türkiyənin payına düşüb.
Paraqraf.com
![]()
