Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 6
  • “Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər

“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər

admin 06 Mart 2026 4 minutes read
IMG-20260306-WA0002
PAYLAŞIN:

“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər.

Paraqraf.com Bugün.tv-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasında 50-dən çox ailə evsiz qalmaq təhlükəsi yaşayır.

Bu yataqxanada, sadəcə sakinlər deyil, talelər yaşayır – azyaşlı uşaqlar, ahıl insanlar, əlillər, tənha qadınlar, şəhid ailələri, əlilliyə görə təqaüdə çıxmış hərbi qulluqçular və yaşa görə təqaüd alan mülki şəxslər binada məskunlaşan sakinlər bildirirlər ki, şərait ürəkaçan olmasa da, alternativ yaşayış yerləri yoxdur. Onlar üçün bu otaqlar sadəcə dörd divar deyil, həyatlarının yeganə sığınacağıdır. İndi isə həmin sığınacaq da əllərindən alınmaq üzrədir.

“Bu gün” televiziyasının əməkdaşları şikayətçilərlə görüşüb, onlarla həmsöhbət olub. Vaxtilə Vətən naminə xidmət edən, ön cəbhədə dayanan hərbçilər bu gün yaşayış hüquqları uğrunda mübarizə aparmalı olurlar. Düşdükləri bu vəziyyət onları narahat edir. Əlaqədar qurumlardan ədalətli qərar gözləyirlər.

Şikayətçi Mehparə Məmmədovanın sözlərinə görə, 15 ildir ki, burada yaşayır. İndi evindən çıxmaq məcburiyyəti ilə üz-üzə qalıb. “Aldığım kirayə haqqı ilə mən başqa yerdə kirayədə qala bilmərəm. Çünki evlər çox bahadı. Gücüm çatmır. Hara gedim, necə edim, bilmirəm?”, – deyir.

Digər sakinlərin sözlərinə görə, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən onlara qarşı məhkəmə iddiaları qaldırılıb. Şikayətçilər bu iddiaların qanunsuz olduğunu bildirir və məhkəmə qərarlarının sosial ədalət prinsipi ilə ziddiyyət təşkil etdiyini deyirlər. Onların fikrincə, illərlə burada yaşayıb qeydiyyatda olan insanların birdən-birə “qanunsuz sakin” elan edilməsi hüquqi və mənəvi baxımdan qəbulolunmazdır.

Şikayətçi Sevinc Behbudovanın sözlərinə görə, o da 2005-ci ildən bu evdə yaşayır. Yoldaşı gözdən əlildir. Hərbi təqaüdçüdür. “Prezident qərarı verib, gözdən əlillər evlə təmin olunmalıdır. 20 ildi yaşayıram. İndi hara gedək? Nə edək?”

Sakinlər deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində real addım atılmayıb. Onların sözlərinə görə, məhkəmə instansiyaları məsələyə formal yanaşıb və sosial vəziyyət nəzərə alınmadan qərarlar qəbul edilib. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr, əlilliyi olan şəxslər və azyaşlı uşaqlar üçün ciddi sosial təhlükə yaradır. Çünki verilən cüzi kirayə kompensasiyası ilə paytaxtda ev tapmaq faktiki olaraq mümkünsüzdür.

Ümidsizliyə qapılan sakinlər çıxış yolunu ölkə rəhbərliyinə müraciətdə görürlər. Onlar hesab edirlər ki, məsələyə ali səviyyədə müdaxilə olunarsa, ədalətli və humanist qərar qəbul edilə bilər.

Hazırda “Turan” hərbi yataqxanasında yaşayan ailələr üçün əsas sual dəyişməz qalır: illərlə sığındıqları bu məkan əllərindən alınarsa, onlar hara üz tutacaqlar?

Bu məsələ təkcə bir binanın taleyi deyil – bu, sosial ədalət, dövlət-vətəndaş münasibətləri və xüsusilə hərbi qulluqçulara, mülki işçilərə münasibətin göstəricisidir.

 

Paraqraf.com 

Loading

Visited 24 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb”
Next: Aydın Əlizadə Bakıdakı Dünya Kubokunda finala yüksəlib

OXŞAR MÖVZULAR

kulek

Sabah külək güclənəcək, yağıntı intensivləşəcək

admin 06 Mart 2026
07bec5cf-b8d5-4173-b62c-f695f6318935_1200

Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub

admin 06 Mart 2026
1758889226_mehdiabad

Sahibkar bələdiyyə sədrindən şikayətçidir: “Hərracda qazandığım torpaq başqa şəxsə satılıb”

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb w36KBu6aCslsTr3TNb21QiaNiABuLnEdqYX0X6od_1200

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb

06 Mart 2026
Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir bAAlXaaOtOrUGpIblzOJoeoZTvy5vm1JSrUuKm1k_1200 (1)

Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir

06 Mart 2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb 0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

06 Mart 2026
Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

06 Mart 2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

06 Mart 2026
Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib

06 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.