Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) davam edən hərbi-siyasi gərginlik və hava məkanının bağlanması fonunda qazaxıstanlılara Yaxın Şərqin bir sıra ölkələrinə səfərlərdən müvəqqəti imtina etməyi tövsiyə edib.
Paraqraf.com Qazaxıstanın XİN-ə istinadən xəbər verir ki, ölkə vətəndaşlarına regionda aktiv hərbi əməliyyatların dayanmasını və vəziyyətin tam normallaşmasını gözləmək tövsiyə olunub.
XİN-də vurğulanıb ki, mövcud vəziyyətlə əlaqədar qazaxıstanlılar Bəhreyn, Misir, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Suriyaya səfərlərdən çəkinməlidirlər.
Nazirlik həmçinin vətəndaşları dövlət orqanlarının rəsmi məlumatlarını diqqətlə izləməyə və Qazaxıstanın xaricdəki diplomatik nümayəndəliklərinin tövsiyələrini nəzərə almağa çağırıb.
Paraqraf.com
![]()
