Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tura yekun vurulub.
Paraqraf.com xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutub.
“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Abşeron”u 3:0 (25:14, 25:14, 25:17) hesabı ilə məğlub edib.
“Murov Az Terminal” isə “Azərreyl”ə 1:3 (21:25, 22:25, 25:18, 22:25) hesabı ilə uduzub. Bu qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
