Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • Qazaxda “İdman paytaxtı – 2026″nın açılış mərasimi olub

Qazaxda “İdman paytaxtı – 2026″nın açılış mərasimi olub

admin 05 Mart 2026 3 minutes read
1764749545231901147_1200x630jpg_1764750670
PAYLAŞIN:

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazaxda “İdman paytaxtı – 2026”nın açılış mərasimi olub.

Paraqraf.com-un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin “İdman Paytaxtı – 2026” seçilməsini rayon üçün mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, bu status şəhərdə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və idman infrastrukturunun daha da möhkəmlənməsinə əlavə stimul verəcək.

Çıxış edən Fərid Qayıbov tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik edib. Nazir bildirib ki, bu əlamətdar gün 2015-ci ildən etibarən qeyd olunur. O xatırladıb ki, 4 mart 2015-ci il tarixində ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb və həmin tarixdən etibarən bu gün rəsmi şəkildə qeyd edilir.

Fərid Qayıbov vurğulayıb ki, Azərbaycan idmançıları hələ 1995-ci ildən etibarən Avropa və dünya miqyaslı yarışlarda uğurlu çıxış edərək, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib. O, Bakıda keçirilən idman tədbirlərində onların nailiyyətlər qazndığını xüsusi qeyd edib.

Tədbir çərçivəsində rəmzi açarın təqdimetmə mərasimi keçirilib. Ötən ilin “İdman Paytaxtı” olan Qəbələ şəhərinin idman rəmzi açarı cari ilin “İdman Paytaxtı” seçilən Qazax şəhərinə təqdim olunub. Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdən rəmzi açarı alaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təqdim edib.

Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman Paytaxtı”dır. Bu barədə qərar 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilmiş səsvermənin nəticəsinə əsasən qəbul olunub.

Xatırladaq ki, “İdman Paytaxtı” statusunu 2024-cü ildə Quba, 2025-ci ildə isə Qəbələ daşıyıb.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb
Next: Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar

OXŞAR MÖVZULAR

9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

admin 23 Aprel 2026
7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

admin 23 Aprel 2026
R5giG9INK8EIvsrSfR8CnJdNTaaASlN5IXWrkn9s_1200

Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.