Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Qətər İranın Azərbaycana dron hücumunu pisləyib
SİYASƏT

Qətər İranın Azərbaycana dron hücumunu pisləyib

05 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Qətər Dövləti Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə Paraqraf.com Qətər Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir.

“Belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir”, – sənəddə bildirilib.

Qətər XİN həmçinin bəyan edib ki, İran İslam Respublikasının yeni cəbhələr açmağa davam etməsi və qonşu ölkələrlə münasibətlərdə gərginliyi genişləndirməsi son dərəcə təhlükəlidir və regionun təhlükəsizliyini və sabitliyini pozan bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinə riayət edərək region xalqlarının maraqlarını üstün tutmağa çağırır.

“Nazirlik Qətər Dövlətinin qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, həmçinin onların öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə dəstəyini vurğulayır”, – bəyanatda bildirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gəncədə avtomobil mənzilə çırpılıb

Next

Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron zərbələrini pisləyib

Copyright 2026— Praqraf.com. All rights reserved