Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • Naxçıvana endirilən zərbə İranın beynəlxalq imicini sarsıldacaq – ŞƏRH

Naxçıvana endirilən zərbə İranın beynəlxalq imicini sarsıldacaq – ŞƏRH

admin 05 Mart 2026 5 minutes read
Снимок экрана 2026-03-05 235655
PAYLAŞIN:

İranın Naxçıvana endirdiyi zərbə regionda onsuz da gərgin olan geosiyasi vəziyyətin nə qədər təhlükəli mərhələyə keçdiyini açıq şəkildə göstərdi.

Bu hadisə təkcə hərbi və siyasi baxımdan deyil, həm də mənəvi baxımdan ciddi suallar doğurur. Çünki zərbənin düşdüyü ərazilərdən birinin məktəb yaxınlığı olması, hadisənin dərs saatlarına təsadüf etməsi məsələyə artıq başqa prizma ilə baxmağı tələb edir. Uşaqların məktəbdə olduğu vaxtda tədris müəssisəsinin yaxınlığının vurulması İranın illərdir yaratmağa çalışdığı “ədalət və müqavimət” imicini bir anda darmadağın edir və molla rejiminin əsl simasını ortaya qoyur.

Əslində Tehran bu addımla yalnız Azərbaycanın suverenliyini pozmadı. O həm də mülki infrastruktura qarşı təhlükəli presedent yaratdı. Müharibə şəraitində belə, beynəlxalq humanitar hüquq mülki obyektlərin, xüsusilə də məktəblərin, xəstəxanaların və uşaqların olduğu məkanların hədəfə alınmasını qəti şəkildə qadağan edir. Naxçıvanda baş verən hadisə isə göstərir ki, İranın hərbi-strateji davranışında bu prinsiplər ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilir. Bu isə Tehran rejiminin ideoloji ritorikası ilə real davranışı arasında ciddi uçurum olduğunu göstərir. İranın bu addımı daha bir ciddi paradoksu ortaya çıxarır.

Tehran illərdir region ölkələrini “Qərbin hərbi mövcudluğuna xidmət etməkdə” ittiham edir və bu mövzunu öz təbliğatının əsas sütunlarından birinə çevirib. Halbuki faktlar tamam başqa mənzərə göstərir. ABŞ və Avropa İttifaqının hərbi və müşahidə missiyaları məhz Ermənistanda yerləşir. Buna baxmayaraq, İran bu strukturların yerləşdiyi ölkəyə qarşı heç bir sərt addım atmır, əksinə, zərbələr Azərbaycanın mülki obyektlərinə yönəlir. Bu isə Tehran siyasətinin hansı məntiqlə formalaşdığı barədə ciddi suallar doğurur. Başqa sözlə, İran Qərb hərbi strukturlarının real yerləşdiyi məkanlara deyil, regional balansın mühüm oyunçularından olan Azərbaycana qarşı aqressiv davranış sərgiləyir. Bu isə artıq sırf təhlükəsizlik məsələsi deyil, siyasi motivlərin də açıq göstəricisidir. Azərbaycanın müstəqil xarici siyasəti, xüsusilə Türkiyə ilə müttəfiqliyi və İsraillə strateji əməkdaşlığı Tehran tərəfindən uzun illərdir narahatlıqla qarşılanır.

Naxçıvana endirilən zərbə də bu narahatlığın hərbi təzyiq formasında ifadəsi kimi qiymətləndirilə bilər. Lakin Tehran burada ciddi strateji səhv edir. Azərbaycan artıq regional siyasətdə təsir gücünə malik dövlətdir və onun təhlükəsizlik sistemi təkcə daxili resurslara deyil, həm də güclü tərəfdaşlıqlara söykənir. Naxçıvan isə xüsusi geosiyasi əhəmiyyətə malik ərazidir. Bu bölgə Azərbaycanla Türkiyə arasında strateji körpü rolunu oynayır və burada baş verən hər hansı insident avtomatik olaraq daha geniş regional reaksiyalara səbəb ola bilər. İranın bu addımı həm də onun regionda formalaşdırmaq istədiyi “mənəvi liderlik” iddialarını sarsıdır. Çünki məktəblərin, mülki obyektlərin və dinc insanların təhlükəyə atıldığı bir hücumun heç bir siyasi və ya ideoloji izahı ola bilməz. Bu cür hadisələr beynəlxalq ictimaiyyətin gözündə İranın imicinə ciddi zərbə vurur və molla rejiminin illərdir qurmağa çalışdığı siyasi narrativi zəiflədir. Nəticə etibarilə, Naxçıvana endirilən zərbə təkcə hərbi insident kimi qiymətləndirilməməlidir.

Bu hadisə İranın region siyasətindəki ziddiyyətləri, onun real prioritetlərini və geosiyasi davranış modelini açıq şəkildə nümayiş etdirir. Uşaqların məktəbdə olduğu vaxtda tədris müəssisəsinin yaxınlığının vurulması isə artıq siyasi polemika mövzusu deyil. Bu, bir rejimin mahiyyətini göstərən simvolik hadisədir. Belə addımlar göstərir ki, Tehran regionda təhlükəsizlik arxitekturasını qorumaqdan daha çox, siyasi mesajlar verməyə çalışır. Lakin bu mesajların ünvanı və forması nə qədər aqressiv olsa da, nəticədə İranın özünün beynəlxalq mövqeyini zəiflətməkdən başqa ciddi strateji qazanc gətirmir. Azərbaycanın mövqeyi isə aydındır: ölkə heç bir regional müharibənin tərəfi deyil, lakin onun ərazisinə və vətəndaşlarına qarşı istənilən təhlükə ciddi siyasi və hüquqi reaksiya doğuracaq.

Firuzə Əliyeva

Loading

Visited 53 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “İran dərhal baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir” – KOMİTƏ SƏDRİ
Next: Müəllimlik bitərsə, kainat bir heç olar.

OXŞAR MÖVZULAR

ojxIBgdt2spAwJfMUihzDHJvZ0eaiG8aew2Z5C2N_1200

BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pisləyib

admin 07 Mart 2026
qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

admin 06 Mart 2026
FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

admin 06 Mart 2026

XƏBƏR LENTİ

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb 2Zi7APeuZq51nv7vAqTUAlceFX0XFX4IVVfqWGDI_1200

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb

07 Mart 2026
Çexiyanın XİN başçısı ölkənin İrandakı səfirini məsləhətləşmələr üçün Praqaya çağırıb A3w6wrvVno26iaGRhvwhXAxwXKhdcmewtqyouCqP_1200

Çexiyanın XİN başçısı ölkənin İrandakı səfirini məsləhətləşmələr üçün Praqaya çağırıb

07 Mart 2026
Küveyt İranın atdığı 14 raketi zərərsizləşdirdiyini bildirib OL8JTJ7jukOSFM8GXXK2NlzbtORVFMPa7fLef956_1200

Küveyt İranın atdığı 14 raketi zərərsizləşdirdiyini bildirib

07 Mart 2026
ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib NxUGf0C8N7Gvok7r0Js3VPHyFYW29Ug0Y24UflJX_1200

ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib

07 Mart 2026
Tramp: ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı 4 dəfə artıracaq 4jnWMFa1joLKj9pWzlrn81DD7mOIhEa0bPc5DPLd_1200

Tramp: ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı 4 dəfə artıracaq

07 Mart 2026
Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib OUrk0PpCbR31emtOJdUxFPdEV81fupV610T74mYM_1200

Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.