Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 5
  • Milli QHT Forumu: İran Azərbaycana hücum etməklə böyük səhvə yol verib

Milli QHT Forumu: İran Azərbaycana hücum etməklə böyük səhvə yol verib

admin 05 Mart 2026 3 minutes read
GCcIW1GxKzEkDFQ7uaCDsfBdrcJHqf2hVeLEAOaQ_1200
PAYLAŞIN:

İran daim qonşuluq prinsiplərinə sadiq qalan, dar günün dostu olan, ərazisindən heç vaxt qonşu ölkələr əleyhinə istifadəyə icazə verməyən Azərbaycana hücum etməklə böyük səhvə yol verib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun bəyanatında qeyd edilib.

Qeyd edilib ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvana dron hücumlarının edilməsi Azərbaycana münasibətdə nankorluq, xəyanət və riyakarlıq nümunəsi olmaqla, terror aktıdır:

“Naxçıvanda hava limanı və orta məktəbin hədəfə alınması göstərir ki, məqsəd dinc əhali və mülki infrastruktura ziyan vurmaqdır. Nəticədə 4 nəfər mülki şəxs – 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov və Zülfüqar Zülfüqarlı, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov yaralanıb, hava limanı və orta məktəb binaları zərər çəkib. Hazırda Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə yalnız hava nəqliyyatı bağladığından İran, aeroportu sıradan çıxartmaqla, bu əlaqəni tam kəsmək istəyib. Bu çirkin metod bizə 90-cı illərdə Ermənistanın Naxçıvana hücumlarından yaxşı məlumdur”.

Bəyanatda bildirlib ki, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik, qorxaqlıq, zəiflikdir. Azərbaycana hücum edənlərin aqibəti məlumdur, İran da bu qorxaq, cılız əməlinə görə peşman olacaq:

“Molla rejimi unutmamalıdır ki, əhalisinin böyük əksəriyyətini canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız – azərbaycanlılar təşkil edir, Təbrizin, Ərdəbilin və digər tarixi Azərbaycan şəhərlərinin ürəyi bizimlədir, onlar buna sıradan hadisə kimi baxmayacaq və dözməyəcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərindədir”.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

 

Paraqraf.com

Loading

Visited 27 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev: Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar
Next: Prezident: Bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.