Bu ilin yanvar-fevral aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 milyard 873,87 milyon manat təşkil edib.
Paraqraf.com BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,8 % azdır.
Son 1 ildə Birjada bağlanmış əqdlərin sayı isə 30,7 % azalaraq 3 737 olub.
BFB-nin dövriyyəsinin 89,9 %-i, yaxud 7 milyard 976,568 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 38,4 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 3,9 dəfə artaraq 621,468 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 46,6 % azalaraq 275,834 milyon manat olub.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
