Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/“TikTok”da söyüş söyəni bıçaqladı
HADİSƏ

“TikTok”da söyüş söyəni bıçaqladı

03 Mart 2026 2 Min Read
PAYLAŞIN:

“TikTok” sosial şəbəkəsində söyüşə görə əks tərəfi öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Paraqraf.com Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Töhrad Quliyev sualları cavablandırıb

Onun sözlərinə görə, istintaq dövründə ifadəsini təzyiq altında verib:

“Beş dəfə məhkumluğum olub. Rəhmanla mən ev ustasıyıq. “TikTok”da ustalar qrupu açmışdıq, bir-birimizə iş olanda xəbər edirik. Nicatı isə Rəhmana görə tanımışam. İlk dəfə olaraq Rəhman, Nicat və Elşənlə “Şamaxinka”da görüşdük. Oturub çörək yedik və sonra mən taksi sifariş etdim. Taksiyə minəndə Rəhman bizi taksidən düşürtdü ki, söhbət var. Nicatla Sadiq arasında “TikTok”da söyüşlü mübahisə olmuşdu. Onlar getdilər söhbət etməyə. Birdən səs-küy eşitdim. Mən onlara çatanda gördüm ki, dava edib aralaşırlar. Gördüm ki, bıçaqlaşma olub aralarında. Rövşən daşla başıma vurdu və sifətim qana boyandı. Yerdə bıçaq var idi, onu götürüb qeyri-ixtiyarı Rövşənə vurdum”.

Daha sonra sənədlərin tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu, Moskva prospektində 96 nömrəli məktəbin qarşısındakı parkda baş verib.

Belə ki, təqsirləndirilən şəxslər “TikTok” sosial şəbəkəsində mübahisədən sonra görüş təyin ediblər. Daha sonra mübahisə davaya çevrilib və bıçaqlanma hadisəsi baş verib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

Next

Şirkət rəhbəri 20 min cərimələndi – Təhsil ekspertinə görə

Copyright 2026— Praqraf.com. All rights reserved