“TeamSupport: Şagirdlərdə Komanda Ruhunun Formalaşdırılması” qrant layihəsi çərçivəsində şagirdlər üçün silsilə təlimlər təşkil olunub.
Layihə çərçivəsində şagirdlərdə komanda daxilində ünsiyyət, əməkdaşlıq, məsuliyyət bölgüsü və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi təlim proqramının icrası nəzərdə tutulur. Bu məqsədlə 25 şagird üçün “Effektiv ünsiyyət və dinləmə”, “Komanda quruculuğu və liderin rolu”, eləcə də “Komanda quruculuğu fəaliyyətlərinin rolu və müxtəlif enerjayzerlərin təşkili” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı şagirdlər komanda işi ilə bağlı nəzəri biliklər əldə etməklə yanaşı, praktiki fəaliyyətlər vasitəsilə əməkdaşlıq və qarşılıqlı anlaşma bacarıqlarını da inkişaf etdiriblər.
Qeyd edək ki, “TeamSupport: Şagirdlərdə Komanda Ruhunun Formalaşdırılması” qrant layihəsi Yəhyayeva Təranə tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin əsas məqsədi məktəblilər arasında əməkdaşlıq, ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirmək, təlim sessiyaları və məktəbdaxili klub fəaliyyəti vasitəsilə dayanıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə verməkdir.

Paraqraf.com
![]()
