Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/BP-nin vitse-prezidenti: “Şahdəniz”də əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq”
CƏMİYYƏT

BP-nin vitse-prezidenti: “Şahdəniz”də əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq”

03 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Hazırda “Şahdəniz” qaz-kondensat yatağındakı qurğular gündə təxminən 77 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir.

Paraqraf.com xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” yatağı təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir: “O, Azərbaycanın Avropa və regional enerji bazarları qarşısındakı öhdəliklərinin əsas sütunlarından biri olaraq qalır. Bu il “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 ili tamam olur. Otuz ildən sonra hamımız bu nəhəng yatağın uğuru ilə qürur duya bilərik. “Şahdəniz” həmçinin BP-nin portfelində ən böyük qaz yatağı olaraq qalır”.

S. Şou bildirib ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsindən sonra SGC operatorları 1 yanvar 2026-cı il tarixindən etibarən Avropaya gündəlik ixrac həcmlərini artıraraq ildə təxminən 12 milyard kubmetrə çatdırıb: “Bu ötürücülük gücü hazırda qüvvədədir və istifadə edilir”.

O əlavə edib ki, hazırda “Şahdəniz” sualtı hasilat sisteminin genişləndirilməsi də davam etdirilir: “Beş sualtı cinahın hamısı artıq istismardadır. Biz növbəti illərdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq. Bütün bunlar Azərbaycanın qaz təchizatı imkanlarını gücləndirir və region və Avropa bazarları üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək verir”.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran Aİ-ni Yaxın Şərqdəki münaqişəyə müdaxilədən çəkindirib

Next

İlham Əliyev: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik

Copyright 2026— Praqraf.com. All rights reserved