Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda ilk rəqəmsal əkiz müsahibəsi: Süni intellekt akademikin yerinə danışdı
CƏMİYYƏT

Azərbaycanda ilk rəqəmsal əkiz müsahibəsi: Süni intellekt akademikin yerinə danışdı

03 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda ilk dəfə olaraq rəqəmsal əkizin verdiyi cavablar əsasında müsahibə hazırlanıb.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova akademik Əli Abbasova dövlət başçısının ölkəmizdə süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizliyin inkişafı istiqamətində müəyyən etdiyi vəzifələr, 2030-cu il üzrə strateji hədəflər və proqnozlar, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, texnoloji müstəqilliyin təmin olunması, eləcə də yeni rəqəmsal inkişaf mərhələsində qarşıda duran prioritetlərlə bağlı suallar ünvanlayıb.

Müsahibənin suallarını akademik Əli Abbasovun rəqəmsal əkizi cavablandırıb.

Süni intellekt texnologiyaları əsasında yaradılmış bu rəqəmsal model alimin mətbuatda yer alan çıxışları, elmi əsərləri və mövqeləri əsasında formalaşdırılıb. Model akademikin fikir və düşüncələrini, müxtəlif məsələlərə yanaşmalarını analitik şəkildə təqdim edib. Bu yanaşma ölkədə süni intellekt tətbiqlərinin real praktik mühitdə nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal əkiz müsahibə zamanı ünvanlanan sualları ətraflı cavablandıraraq dövlətin rəqəmsal inkişaf prioritetləri, yeni rəqəmsal arxitektura, süni intellekt strategiyası və kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlərlə bağlı akademik Əli Abbasovun mövqeyini sistemli və statistik göstəricilərə əsaslanan formada təqdim edib.

Rəqəmsal əkizin cavablarına münasibət bildirən akademik Əli Abbasov qeyd edib ki, əsas məsələ insanın rəqəmsal əkizinin real şəxsin bilik və mövqeyini nə dərəcədə dəqiq əks etdirməsi, eləcə də bu kimi sistemlərin fəaliyyətində etik və hüquqi prinsiplərin hansı səviyyədə qorunmasıdır.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Akademik Əli Abbasov: “Süni intellekt elmdə Nobel mərhələsinə yaxınlaşır”

Next

Natiq Cəfərli: “İctimai şuralar ideya olaraq müsbət nəticələr doğura biləcək yanaşmadır”

Copyright 2026— Praqraf.com. All rights reserved