Rusiya qoşunları Ukraynanın Xerson vilayətinə hücum edib, nəticədə dörd nəfər həlak olub, beş nəfər yaralanıb.
Paraqraf.com-un məlumatına görə, bu barədə Vilayətin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib.
“Rusiyanın zərbələri nəticəsində 4 nəfər həlak olub, daha 5 nəfər yaralanıb”, – o yazıb.
Prokudin qeyd edib ki, Rusiya qoşunları yaşayış məntəqələrinin sosial infrastrukturuna və yaşayış məhəllələrinə zərbələr endirib, xüsusilə beş çoxmərtəbəli bina və altı fərdi ev zədələnib.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
