Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Keçən il Azərbaycanda vərəmdən ölənlərin sayı 40 %-dən çox azalıb
CƏMİYYƏT

Keçən il Azərbaycanda vərəmdən ölənlərin sayı 40 %-dən çox azalıb

02 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda keçən il vərəmli xəstələr arasında ölüm halları 2024-cü illə müqayisədə 42,2 % azalıb.

Paraqraf.com xəbər verir ki, bunu TƏBİB tabeliyində Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov deyib.

Onun sözlərinə görə, 2024-cü il ilə müqayisədə 2025-ci ildə vərəmli xəstələrin ümumi sayı 12 %, həssas vərəmli xəstələrin sayı 19,4 %, yeni aşkarlanan xəstələrin sayı isə 12,7 % azalıb:

“Uşaqlar arasında vərəm xəstəliyinin göstəricilərində də ciddi müsbət dəyişikliklər olub. Belə ki, uşaq vərəmli xəstələrin ümumi sayı 41,7 %, yeni aşkarlanan uşaq xəstələrin sayı 50 %, yeni həssas uşaq xəstələrin sayı 60,3 %, təkrar uşaq xəstələrin sayı isə 40 % azalıb. Yeni həssas vərəm xəstələri arasında fibroz-kavernoz formaların payı da azalıb ki, bu da uşaqlar arasında aşkarlanmanın aktivləşmə göstəricisi hesab edilə bilər”.

Mərkəz direktoru əlavə edib ki, stasionara daxil olduqdan sonra ilk üç gün ərzində baş verən ölümlərin ümumi sayda payı 29,9 %, vərəm müalicə proqramına qoşulmayan xəstələr arasında ölüm halları isə 17,9 % olub:

“Ötən il müalicəyə cəlb olunan xəstələr arasında ölüm halları da əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə vərəmli xəstələr arasında ölüm halları 42,2 %, həssas xəstələr arasında 40 %, dərmanlara davamlı xəstələr arasında isə 46,3 % azalıb”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq

Next

ŞOK İDDİA: Xameneinin ölümü İranda yeni siyasi kursun başlanğıcı ola bilər

Copyright 2026— Praqraf.com. All rights reserved